Icma.az
close
up
RU
“Bu mövsüm İssa ilə Qismət arasında rotasiya edəcəyik” Rəşad Sadıqov

“Bu mövsüm İssa ilə Qismət arasında rotasiya edəcəyik” Rəşad Sadıqov

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün premyer-liqanın ilk turunda “Zirə” “Şəfa”nı məğlub etdi – 2:0.

Matçdan sonra “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavabladı.
- Gözlədiyimiz kimi gərgin matç keçdi. Bu həftə ərzində futbolçularıma çətin oyun olacağını bildirmişdim. Apardığı seleksiya işləri ilə yenilənmiş komandaya qarşı çıxış edirdik. Avrokuboklardakı uğursuzluqlardan sonra ilk matçımıza çıxmışdıq. Rəqibin baş məşqçisi bizi yaxından tanıyır. O 7 il “Zirə”də çalışıb. Bu səbəbdən bəzi məqamlarda bizim oyunumuzu oxuya bilirdi.
- “Payde” ilə oyunda bitiricilik baxımından problem olduğunu görmüşdük. Bu gün isə tam əksini gördük. Bu problem artıq həll olunub?
- 7 ildi burdayam, ilk dəfə belə vəziyyətlə qarşılaşmışdım. İki matçda da üstün tərəf olsaq da, mərhələ keçə bilmədik. İnşallah, bunun üzərində çalışırıq. “Şəfa”ya qarşı oynamaq daha çətin idi. Rəqib qol imkanları yaradırdı. Sadəcə, “Payde” ilə matç bir qəza idi. Bu gün daha diqqətliydik. Estoniya klubu bizə əks-hücumlarda 2 qol vurmuşdu. Bu gün müdafiəçiləri daha ehtiyatlı gördüm. Ümid edirəm ki, dərs çıxarıblar.
- Bu gün sizi emosional gördük. Hakimin verdiyi qərarlardan narazıydız?
- Xeyr. Emosional olmaq narazı olmaq deyil. Lakin kobud səhvlər olarsa, bu zaman daha emosional olmaq lazımdı.
- Ötən “futbol ili”ndə İssa Cibrilla oynadığı matçlarda “Zirə” məğlub olmamışdı. Ötən mövsüm 6-7 dəfə zədələnmişdi. Bu səbəbdən o daha çox çalışır?
- Maraqlı statistikadı. İssa bizim üçün önəmli futbolçudu. O hücumların qurulması üçün çox öməmlidi. Bu mövsüm İssa ilə Qismət arasında rotasiya edəcəyik. Onunla bu barədə danışmışıq. Üzərində daha çox çalışır, daha çox istirahət edir.
- Bu gün sərt mübarizələrə girirdi. Bu səbəbdən ona əsəbləşdiz?
- Xeyr. Ötən il də o zədələri mübarizədən yox, əzələ dartınmasından almışdı. Daha çox istirahət edir ki, belə zədə almasın.
- Ərən Aydının çxıışı ilə bağlı nə deyə bilərsiz?
- Kiçik zədəsi olsa da, yaxşı çıxış etdi. Burda qol vursa da, “Payde”yə qarşı fərqlənə bilmədi. Ümumən onun çıxışından razıyam.
- Yeni futbol qaydalarından razısız?
- Çox əla qaydalardı. Biz özümüz də futbolçu kimi çıxış edəndə öndə olduğumuz anlarda vaxtı öldürmək istəyirdik. Lakin 1-ci hissədə “Şəfa”nın futbolçusu Nihad zədələnsə də, hakim onu 1 dəqiqə kənarda saxladı. Gələcəkdə bu nəzərə alınsa, yaxşı olar.
İSRAYIL XEYRULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 Avqust 2026 00:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri