Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Avrokubok üçün əlimizdən gələni edəcəyik Rəşad Sadıqov

Avrokubok üçün əlimizdən gələni edəcəyik Rəşad Sadıqov

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov

Misli Premyer Liqasının 24-cü turu çərçivəsində “Zirə" "Qarabağ"a 1:3 hesabı ilə məğlub olub.

QOL.az xəbər verir ki, "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov matçdan sonra oyun barədə fikirlərini bölüşüb:

"Matç bizim üçün uğurlu başladı, bir neçə təhlükəli hücum qura bildik. Lakin birinci hissənin ortalarında rəqib hesabda irəli çıxdı və bundan sonra oyunumuzda müəyyən eniş yaşandı. Həmin dəqiqələrdə "Qarabağ" daha üstün idi. İkinci hissədə hesab 0:2 olduqdan sonra vəziyyəti dəyişmək çətinləşdi. Etdiyimiz əvəzetmələr müsbət effekt verdi və hesabı 1:2-yə çatdırdıq. Düşünürdük ki, basqını artırıb bərabərlik qolunu vura bilərik, lakin rəqib əks-hücumda üçüncü qolu vuraraq oyunun taleyini həll etdi. Bu gün meydanda kifayət qədər güclü "Qarabağ" var idi. Futbolçularım əllərindən gələni etdilər, sona qədər əzmkarlıq göstərdilər. Ən azından bir xal qazanmaq istəyirdik. Bu cür "Qarabağ"a qarşı uğur qazanmaq üçün gərək hər şey sənin üçün uğurlu alınsın. "Qarabağ" sıx qrafikdə idi. Son turda da ustalıq göstərdilər ki, bütün fikirləri çempionatdadır".

Təcrübəli mütəxəssis heyətdəki ciddi itkilərdən və qarşıdakı sıx qrafikdən də söz açıb:

"Milli komandaların oyunları ilə bağlı yaranacaq fasilədən sonrakı sıx qrafik bizi düşündürür. Çox ciddi itkilərimiz var. İssa Cibrilla Qubadakı zədədən sonra hələ də bərpa oluna bilmir. Brahim Konate yeni qayıdıb, formasını yığmağa çalışır. Bu gün qızdırması olan Qismət Alıyevin yerini doldurmaq da bizim üçün çətin idi. Aprel ayında bizi həlledici period gözləyir".

Mütəxəssis turnir cədvəlindəki gərginlik və yeni legioner limiti ilə bağlı maraqlı məqamlara toxunub:

"Yarış olan yerdə gərginlik qaçılmazdır. Qış fasiləsindən sonra komandamızın çıxışını ümumən pis qiymətləndirmirəm. Yeganə "Kəpəz"lə matçdakı oyundan məmnun deyiləm və bu görüşlə bağlı ünvanımıza gələn tənqidləri haqlı sayıram. Digər tərəfdən, kubokda yarımfinala yüksəlmişik, çempionatda isə "Sabah", "Turan Tovuz" və "Qarabağ" kimi güclü rəqiblərə uduzmuşuq. Həmin oyunlarda əlimizdən gələni etsək də, rəqib bizdən daha üstün idi.

Klub olaraq yeni legioner limitinə adaptasiya olmağa ehtiyacımız var. Biz bütün oyunlara eyni limitlə çıxırıq, yeganə fərq qapıda Aydının yox, Tyaqo Silvanın yer almasıdır. Digər rəqiblər isə meydana 10-11 legionerlə çıxa bilirlər. Bu reallıq yeni limitə uyğunlaşmaq baxımdan bizim üçün növbəti illər adına yaxşı dərs oldu".

R. Sadıqov komandanın hədəfləri və büdcə məsələlərinə də toxunub:

"Hamı istəyər ki, daha böyük büdcəsi olsun. Lakin bizim üçün ən vacibi komandadır. Hazırda heç kəsə bir qəpik də borcumuz yoxdur, hər kəsə qarşı ədalətli davranırıq. Rəqiblərin seleksiyaları filan, biz müəyyən məqamlarda istədiyimiz transferləri edə bilmədik. Gedişatlar yaydan bəlli idi ki, rəqiblər çempionatda necə iddialı idi. Futbolda belə hallar baş verir.Rəhbərlik qarşımıza mütləq avrokuboklara düşmək hədəfi qoymasa da, biz özümüz, rəhbərliyimiz və azarkeşlərimiz üçün buna nail olmaq istəyirik. Rəqiblərin gücünü başa düşürük. Əlimizdən gələni edəcəyik ki, avrokuboklara biz də düşək".

Məşqçi sonda matçdakı mübahisəli penalti epizodları barədə kəskin danışıb:

"Paltardəyişmə otağında həmin epizodlara yenidən baxdım. Hər ikisi penalti idi. Bu qərarların nəticəyə necə təsir edəcəyi başqa sualdır, amma bizim üçün böyük üstünlük olardı. Xüsusilə 86-cı dəqiqədəki epizodda penalti verilsəydi və hesab 2:3 olsaydı, oyun daha maraqlı keçərdi. Maraqlı olan odur ki, indi epizodları şərh etdikdə haqq qazandırılacaq. Hər iki epizodda penalti verilsəydi, doğru qərar kimi şərh veriləcəkdi. Bilirsiniz, o epizodlara verilən şərhlər də adamı məyus edir. Bu iki penalti verilsəydi, şərh veriləcəkdi ki, penaltidir. Verilmədi, deyiləcək penalti deyil. Bu oyunu demirəm, lap başqa oyunda. Fərid Hacıyev, Nicat İsmayıllı... Əvvəlki oyunlarımızda da mübahisəli qərarları olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://qol.az
archiveBu xəbər 14 Mart 2026 22:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see344

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see280

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see272

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see270

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see253

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see251

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see245

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see239

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see237

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see235

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see223

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see220

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see214

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see206

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see201

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see198

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see192

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see190

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see189

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri