Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Bu mövsüm altılığa düşmək belə çətin olacaq Rəşad Sadıqov

Bu mövsüm altılığa düşmək belə çətin olacaq Rəşad Sadıqov

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov dünən “Şamaxı”ya qarşı keçirilən yoxlama oyunundan (1:2) sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- Çempionat öncəsi son yoxlama oyununu keçirdiniz. Komandanızın hazırlıq səviyyəsini necə qiymətləndirirsiniz?

- Bizim üçün mövsüm avrokuboklarla başladı. Nə dərəcədə hazır olduğumuzu görürük. Siz də kənardan bunu müşahidə edirsiniz. Düşünürəm ki, komandamız çempionata hazırdır. Yeganə problem odur ki, çoxsaylı zədəlilərimiz, itkilərimiz var. “Şamaxı” ilə oyunda iki futbolçumuz da zədələndi. Bu, çox məyusedici oldu. İlk oyunumuza hələ 9 gün var. Avqustun 18-də “Araz-Naxçıvan”la qarşılaşacağıq. Rəqib favoritlərdən biridir. Buna görə ciddi hazırlaşacağıq. Könül istərdi ki, fərqli rəqiblə qarşılaşaq. 

- Hücumçu mövqeyinə yeni transfer nəzərdə tutulub?

- Xeyr, nəzərdə tutulmayıb. 

- “Şamaxı” ilə matçda zədələnənlərin son durumu necədir?

- Abdul Batibienin zədələnməsi bizi çox üzdü. Sabahkı (bugünkü - red.) müayinədən sonra durumu bilinəcək. Elçin Əlicanov yeganə sağlam stoperimiz idi, o da zədələndi. 

- Bəs köhnə zədəlilər çempionatın startına qədər hazır olacaqlar?

- İssa Cibrila zədəli-zədəli “Hayduk”la oyunu davam etdirdi. Çünki əvəzetməmiz yox idi. Till və Juniorun da zədələri hələ ki davam edir. Eləcə də Ruan Renatonun 2 gün əvvəl məşqdə burnu qırıldı, gözlənilməz bir zədə oldu.

- Ruan əməliyyat olunacaq?

- Yox, gips qoyublar. Bir müddət məşqlərdən kənarda qalacaq. 

- Mətbuatda “Zirə”də maliyyə problemi olduğu barədə xəbərlər yayılıb. Bildirilir ki, buna görə istədiyiniz transferləri reallaşdırmaqda çətinlik çəkirsiniz. Bu, nə dərəcədə doğrudur?

- Ümumiyyətlə, bizim futbol cameəmizdə yerli-yersiz müzakirələr aparılır. Bu oyunçu niyə alınmadı? Daha yaxşı transfer oluna bilərdi və s. Biz bütün klublarımızı yaxşı tanıyırıq. Hamısının da strategiyasını bilirik. Bizim də öz strategiyamız var və eyni strategiyanı davam etdiririk, eyni seleksiyadır, eyni səviyyəli futbolçulardır. Bu il də hansı mövqelərə futbolçu lazım idisə, transfer etmişik. Əvvəl imkanlarımız necə idisə, indi də eynidir. Sadəcə heç kim əvvəl buna diqqət yetirmirdi, yaxud fikir vermirdi. Biz əvvəl də daha çox özümüzdən geridə olan klublardan oyunçu almışıq. Xatırlamıram ki, iddialı komandadan hansısa iddialı futbolçu transfer edək. Dediyim kimi, eyni strategiyanı davam etdiririk. Dəyişən bir şey yoxdur. Hər hansı xüsusi problem mövcud deyil. 

- Razısınız ki, son iki mövsümdə gümüş medal qazanan “Zirə”nin bu dəfə də eyni nəticəni təkrarlaması çətin olacaq?

- İki il əvvəl də çətin idi. Keçən mövsümün əvvəlində də kimsə bizim ikinci olacağımızı proqnozlaşdırmırdı. Yenə də ola bilsin bizə inam azdır. Vacib olan komandanın hazırlığıdır, yarış boyu göstərəcəyi performansdır. Daha çox öz haqqımızda düşünürük, nəinki rəqiblər. Bu mövsüm təkcə ikinci yer yox, altılığa düşmək belə çətin olacaq. Çünki bütün komandalar iddialıdır - “Neftçi”, “Sabah”, “Araz-Naxçıvan”, “Turan Tovuz”, “Sumqayıt”. Görürük ki, “Şamaxı” bu gün necə gözəl çıxış edir. Hər oyun gərgin mübarizə şəraitində keçəcək. Proqnoz vermək çətindir. Yeganə narahatlıq doğuran məsələ meydançalardır. Biz də gündəmi, mətbuatı izləyirik. Bilirik ki, meydança baxımından müəyyən problemlər var. Çempionatın keyfiyyətinə və gedişatına təsir edən meydançalar olacaq. 

- Siz daha əvvəl də süni meydançalarla bağlı narahatlığınızı ifadə etmisiniz. İndi isə məlum olur ki, yeni mövsümdə süni meydançadakı oyunların sayı azalmaq əvəzinə daha da artır...

- Elədir. Yeni gələn iki komanda da süni qazonda oynayacaq. Açığı, bu məqam bizi çox narahat edir. Hansısa klubların öz meydançasında oynamaması bir yana, digər məsələlər də var. Məsələn, elə komanda var ki, bəzi rəqiblərlə səfərə getməyəcək. Biz isə iki dəfə gedəcəyik. Xüsusən də Gəncə və Tovuza 4 dəfə gedəcəyik. Halbuki elə komanda var ki, ora yollanmayacaq. Bunun rəqabətə çox təsiri olacaq. Hamımız bilirik ki, Gəncə və Tovuz səfərləri necə çətindir. Bəzi komandalar isə ora səfərə getməyəcək. 

- Namik Ələskərin transferini necə dəyərləndirirsiniz?

- Namiq iki ay məşqlərdən kənar qalıb, zamana ehtiyacı var. Hələ ki fərdi məşq edir. Yəqin ki, gələn həftə kollektiv çalışmalara qatılacaq. Lakin meydana çıxması üçün hələ tezdir. Yəqin ki, 3 turdan sonra, milli komandaların oyunlarına görə çempionatda yaranacaq fasilədən sonra hazır olacaq. 

- Rafael Utziqlə bağlı yenilik var?

- Xeyr, daha əvvəl də demişdim, Rafael hazırlığa gec qoşulduğu üçün cərimələnib. Eyni zamanda 4 həftəlik əvəzedici heyətə göndərilib. Hər hansı bir dəyişiklik yoxdur. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://qol.az
archiveBu xəbər 10 Avqust 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see661

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see346

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see336

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see320

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see309

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see307

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see287

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see278

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see276

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see260

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see256

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see236

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see224

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see224

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see224

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see217

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see213

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see209

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see203

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri