Icma.az
close
up
RU
“Bu mövzuda danışmaq üçün hansı deputatdan icazə almalıyam?!”

“Bu mövzuda danışmaq üçün hansı deputatdan icazə almalıyam?!”

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Qərbi Azərbaycana qayıdış” mövzusunda icra edilən QHT layihələri ilə bağlı ictimai hesabat xarakterli brifinqi bir daha göstərdi ki, dövlət üçün vacib olan bu strateji sahədə QHT xətti üzrə hansı miqyasda iş aparılır. Əgər son 3 ildə “Qərbi Azərbaycana qayıdış” mövzusunda QHT-lərin 54 təşəbbüsü dəstəklənmişdisə, 2025-ci ildə bu mövzuda 51 QHT layihəsi icra olunur”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli feysbuk hesabında paylaşıb.

“Etiraf etmək lazımdır ki, bu miqyasda kəmiyyət və keyfiyyət heç vaxt olmayıb. QHT-lər “Qərbi Azərbaycana qayıdış”la bağlı ortaya sanballı işlər qoyur, mötəbər tədbirlər keçirir. Bu mənzərə əslində, QHT sektorunda aparılan islahatların uğurudur. Cəmi 2 il əvvəl biz “Biləcəri stansiyası”nda ilişib qalmaqdan şikayətlənirdik, indi Azərbaycan QHT sektorunun fəaliyyəti artıq lokal çərçivəni və ölkə xaricindəki fraqmentar təşəbbüslər həyata keçirmək mərhələsini adlayıb, qlobal təşəbbüslər irəli sürmək, reallaşdırmaq, beynəlxalq əməkdaşlıq formatları yaratmaq mərhələsinə qədər inkişaf edib. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin, Azərbaycan Milli QHT Forumunun yeni formatda fəaliyyəti, institusional böyüməsi, genişlənən beynəlxalq əlaqələri, milli QHT sektorunun inkişafı üçün həyata keçirdiyi təşəbbüslər ortada olan sistemli bir fəaliyyəti, bilik, bacarığı, potensialı nümayiş etdirir. 

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bu il ilk dəfə regional layihələrə başladı - İraq, Suriya və Türkiyədə yaşayan azərbaycanlılarla – türkmənlərlə həmrəylik forumu etdi. Biz indi bu forumun ardına hazırlaşırıq. Bu ilin aprelində müstəqillik dövründə Azərbaycan vətəndaş cəmiyyətinin ən böyük uğurlarından biri, bəlkə də birincisi olan hadisə baş verdi – 116 ölkədən QHT-lər səsimizə səs verdi, Bakı Qlobal Cənub QHT Platformasının mərkəzinə çevrildi. 

QHT sektoru artıq xarici siyasətimizin prioritet məsələlərində dövlət siyasətini gücləndirilməsinə effektiv yardım göstərməyə qədər inkişaf edib, yeni keyfiyyət qazanıb. Qlobal Cənub QHT Platformasının yaradılması, rəhbərliyinin ölkəmizə həvalə edilməsi milli QHT sektorunun, Azərbaycan Milli QHT Forumunun artan gücünü nümayiş etdirdi. Bu onu göstərir ki, əsas məqsədlərdən birinə – QHT-lərin inkişaf siyasətinin milli inkişaf prioritetlərinə uyğunlaşdırılmasına nail olunub.

Artıq inamla deyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, qayğısı, diqqəti ilə dəstəklənən QHT-lərin inkişafı siyasətinin uğurları ilə hər bir azərbaycanlı qürur duya bilər.

Təəssüf ki, bəzən görürük ki, “bulanıq su” xiffəti ilə yaşayanları, qrant dəllal və dələduzlarını, bəzi “qrantbaz deputatlar”ı bu uğurlar cılız ambisiyaları naminə narahat edir, onlar bu sektorun ləkəli, qeyri-şəffaf qalmasında maraqlıdırlar. Utanmadan Azərbaycanın düşmənləri, anti-Azərbaycan şəbəkəsi ilə vasitəçilər tapıb əlaqələrə çıxırlar, onlara öz intellekt səviyyələrində “nüfuzdansalıcı” materiallar ötürürlər, elə bilirlər ki, heç kim görmür və bilmir. Görülən işləri qaralamaq, heçə endirmək, şər-böhtan atmaq üçün alışıb-yanırlar. İşin bəlkə də ən toxunan hissəsi bütün bu riyakarlıqları bəzilərinin “Qərbi Azərbaycan” adı altında etməsidir. Elə bilirlər ki, kimsə hansısa mandat daşıyırsa, bu ona zirehdir, o, ağlına nə gəlirsə, edə, deyə bilər. Halbuki, etimadı doğrultmaq, Qərbi Azərbaycan adına layiq işlər görmək əsas qayğı olmalı idi. Bu mövzunu necə monopoliyaya almaq olar ki? Məsələn, mən Naxçıvanda – Kəngərlidə doğulmuşam. Qərbi Azərbaycan mövzusunda danışmaq üçün hansı deputatdan icazə almalıyam?!”, - o bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 İyun 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri