Bu müəllimlərə imtiyazlar verin! Təhsil eksperti çağırış etdi
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
"Bölgələrdə müəllim vakansiyası təəssüf ki, bir çox hallarda tutulmur. Səbəb dərs saatı azlığı, əmək haqqı azlığı, yaşayış imkanlarının aşağı olmasıdır (ev olmaması, sosiallıq mühitinin azlığı). Nəticədə bu səbəblər elan edilən vakant yerlərin tutulmaması ilə nəticələnir".
Modern.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Elçin Əfəndi ucqar rayonlardakı müəllim çatışmazlığından danışarkən bildirib.
O deyib ki, vakant yerlərin tutulmamasından əziyyət çəkənlər isə şagirdlər olur.
"Fizika fənnini fiziki tərbiyə müəllimi, kimya fənnini biologiya müəllimi tədris edir. Bu çox bərbad vəziyyətdir. Çıxış yolu nədir? Çıxış yolu həvəsləndirici (H1, H2 istisna) qərarların verilməsidir. Bölgələrdə vakant yerləri seçənlərə xüsusi imtiyazlar verilə bilər. Güzəştli şərtlə mənzil almaq imkanı, kredit götürərkən aşağı faizin tətbiqi, əmək haqqı+bonus və s. kimi imkanlar yaradılsa, əminəm ki, həmin vakant yerlər konkret ixtisas sahibləri tərəfindən tutular", - təhsil eksperti vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 29 İyul 2026 08:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















