Bu müğənni şallaqlanacaq
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İranın Qum əyalətinin Cinayət Məhkəməsi 29 yaşlı iranlı müğənni Parastu Əhmədi barəsində hökm çıxarıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə müğənnini 2024-cü ildə keçirilən etiraz aksiyaları zamanı hicabsız şəkildə mahnı ifa etdiyinə görə 74 şallaq cəzasına məhkum edib.
Bundan başqa, Parastu Əhmədinin iki il müddətinə ölkədən çıxışına və yaradıcılıq fəaliyyəti ilə məşğul olmasına qadağa qoyulub.
Məlumata görə, müğənni etirazlar zamanı “Az Khoone Javanane Vatan” (“Vətənin gənclərinin qanından”) adlı vətənpərvər mahnını səsləndirib. Onun çıxışının videosu qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və böyük rezonans doğurub.
Qeyd edək ki, qərar İran ictimaiyyətində və sosial mediada müzakirələrə səbəb olub.
Baxış sayı:59
Bu xəbər 19 İyun 2026 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















