Bu, müharibə olacaq : Putindən Avropaya TƏCİLİ XƏBƏRDARLIQ
Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avropa qoşunlarının Ukrayna ərazisinə ehtimal edilən daxil olması Rusiya ilə birbaşa müharibə mənası daşıyacaq.
Turkustan.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, Avropa ölkələri hazırda öz dövlətlərini Rusiya ilə münaqişəyə "sürükləyirlər".
Putin vurğulayıb ki, Moskva Avropa ölkələrini hədələmir və hədələmək niyyətində də deyil, Rusiya ilə Avropa dövlətləri arasında münaqişə üçün isə heç bir əsas yoxdur.
Rusiya prezidenti, həmçinin bəyan edib ki, Ukraynadakı hazırkı hadisələr Qərb elitalarının səhvlərinin nəticəsidir.
O hesab edir ki, Avropa ölkələrinin əhalisi rəhbərlərinin onları Rusiya ilə qarşıdurmaya cəlb etdiyini anlamağa başlayır.
Putin bu prosesi, o cümlədən Almaniyadakı seçki nəticələri ilə əlaqələndirərək "Almaniya üçün Alternativ" partiyasına dəstəyin artmasını qeyd edib.
O, həmçinin Avropanın energetika siyasətini tənqid edib və Avropa hakimiyyətinin səhvlərinin qaz qiymətlərinin daha da artmasına gətirib çıxara biləcəyini bildirib./Musavat.com
Baxış sayı:61
Bu xəbər 12 Sentyabr 2026 08:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















