Icma.az
close
up
RU
Bu müharibədə kartları Tramp yox, Putin paylayır: Rusiyanın atəşkəsi daimi olacaq? ŞƏRH

Bu müharibədə kartları Tramp yox, Putin paylayır: Rusiyanın atəşkəsi daimi olacaq? ŞƏRH

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Krım, Donbass və Novorosiya məsələlərinin uzun müddət əvvəl həll edildiyini bildirib. Hətta ABŞ prezidenti Donald Tramp administrasiyasına Krımı Rusiya ərazisi kimi tanımaq istəmədiyini deyib. Lakin Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki,“Ukrayna Krımın işğalını tanımayacaq. Bu barədə danışmalı heç nə yoxdur. Bu konstitusiyamıza ziddir”.

Bu arada şiddətli döyüşlərdən və çox sayda itkilərdən sonra Rusiya Kursku da tamamilə ələ keçirə bildi. Maraqlıdır görəsən, bu duruma hər 2 tərəf sülhlə razılaşacaqmı? Ümumiyyətlə sülh olarsa, Rusiyanın işğal etdiyi ərazilər özündə qalacaq? Turkustan olaraq suallarımızı siyasi şərhçi Əhəd Məmmədliyə ünvanladıq. Ekspert bildirdi ki, Rusiya ələ keçirdiyi torpaqları vermək niyyətində deyil.

Əksinə, tam əldə edə bilmədiyi torpaqları əldə etmək istəyir. Rusiya tam olaraq 4 vilayətə talibdir. Zaporoji, Donetsk, Luqansk və Xerson. Luqanskın 99 %- ni , Donetskin 70% - ni , Zaparoji və Xersonun demək olar ki, 50 % - ni işğal edib. Ruslar hələ bu şəhərləri 2014-2015-ci illərdə də ələ keçirmişdilər. Amma Zaporoji və Xersonda vəziyyət fərqlidir. Zaporojini hələ ki, götürə bilməyiblər. Heç yaxınına da gələ bilməyiblər. Xersonu da götürmüşdülər, sonra geri verməli oldular. Rusiya referendum keçirdi və 4 vilayəti öz ərazilərinə birləşdirdilər. İndi Putin də məntiqi ilə deyir ki, bu artıq mənim ərazimdir. Mən bu ərazilərdən imtina etsəm, Rusiya ərazilərindən imtina etmiş oluram. Belə bir oyun qurublar. Ona görə İndi burada al-ver məsələsi olacaq. Artıq Krım da buna aiddir. Rusiya çox itkilər verib, artıq nə Putin nə də rus xalqı bu torpaqların geri qaytarılmasına razılaşmayacaq.
Rusiya indi olduqca rahatdır, hər gün demək olar ki, ərazi götürür. Bu ölkəni sanksiyalar yıxa bilmədi, əksinə daha da gücləndi. Ümumiyyətlə, Rusiya və Çin kimi dövlətləri sanksiyalarla yıxmaq olmaz. Trampın istədiyi kimi olmasa, müharibə davam edəcək və bu illər çəkərsə, təbii ki, Rusiyaya çox təsiri olacaq. Əgər ABŞ və Aİ Ukraynaya silahlar verməyə davam edərsə, vəziyyət Rusiyanın əksinə də çevrilə bilər. Fakt budur ki, Rusiya hazırda üstün tərəfdir və hələlik şərtləri də o irəli sürür!

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 28 Aprel 2025 22:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see297

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see262

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see176

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see174

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see160

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see143

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see139

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see137

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see137

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see133

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see131

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see129

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see129

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see127

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see127

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see127

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see126

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see126

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see125

“Kristal Abşeron 2”dən yanğın, 2 nəfər xəsarət aldı

13 Dekabr 2025 01:03see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri