Icma.az
close
up
RU
“Bu müqavilə İsrailin maraqlarına uyğun deyil”

“Bu müqavilə İsrailin maraqlarına uyğun deyil”

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

“İsrail Hizbullahla atəşkəs razılaşmasını təsdiqləyib. Razılaşmaya görə, İsrail ordusu Livan ərazisindən 60 gün müddətində çıxmalı, sərhəddəki 33 posta təxminən 5 min əsgər yerləşdirilməlidir. Bundan başqa, Hizbullah da Cənubi Livanı tərk etməli, onun buradakı hərbi infrastrukturu dağıdılmalıdır. Atəşkəsin pozulacağı təqdirdə İsrailin buna cavab vermək hüququ da tanınıb. Atəşkəs razılaşması artıq qüvvəyə minib”.

Bu sözləri xalqcəbhəsi.az-a politoloq Turan Rzayev söyləyib.

Politoloq bildirib ki, İsrailin Hizbullahla atəşkəs razılaşmasının nisbi olduğu və gec-tez pozulacağı bəllidir: “Məsələ ondadır ki, bu müqavilə İsrailin maraqlarına uyğun deyil. Çünki Baş nazir Benyamin Netanyahu öz xoşu ilə heç vaxt belə bir saziş imzalamaz. İsrailin əsas hədəfi ölkənin ətrafında təhlükəsizlik çənbəri yaratmaqdır. Bunun üçün isə İran dəstəkli HƏMAS və Hizbullah birdəfəlik məğlub edilməlidir. Lakin bu razılaşma İsraili hədəfindən uzaqlaşdırır. Digər məqam isə razılaşmanın ABŞ və Fransanın vasitəçiliyi ilə əldə olunmasıdır. ABŞ Prezidenti Co Bayden bir müddətdir ki, Netanyahuya ciddi təzyiq göstərirdi. Fransa da öz növbəsində Avropada anti-İsrail mövqeyi ilə seçilir. Görünür, Netanyahu Baydenin təzyiqlərinə tab gətirə bilməyib. Lakin Baydenin cəmi iki ay vaxtı var. Yəni iki ay sonra Tramp hakimiyyətə gələcək. Mümkündür ki, onun Ağ Evə gəlişindən sonra proseslər yenidən qızışsın”.

T.Rzayev sazişdə atəşkəsin pozulacağı təqdirdə İsrailin buna cavab vermək hüququnun yer almasının təsadüfi olmadığını deyib: “İsrail ordusu iki ay, ya da bir qədər çox vaxt ərzində yenidən toparlanaraq Hizbulaha qarşı daha effektiv əməliyyat keçirə bilər. İsrail İranla birbaşa toqquşmadan əvvəl onun proksilərini sıradan çıxarmaqda qərarlıdır. Bu məqsədlə İraqdakı qruplaşmaların, hətta husilərin vurulması istisna deyil. İsrail İran proksilərini sıradan çıxara bilsə, bu, İran üçün həyəcan təbilinin çalması deməkdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 28 Noyabr 2024 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri