Bu ölkə Rusiyaya nota verdi
Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Litva Xarici İşlər Nazirliyi Rusiyanın Kiyevə həyata keçirdiyi hava hücumu zamanı ölkənin Ukraynadakı səfirliyinin zərər görməsi ilə bağlı Rusiyaya etiraz notası təqdim edib.
Gununsesi.info xəbər verir ki, Nazirliyin açıqlamasında bildirilib ki, Rusiyanın gecə saatlarında Kiyevə təşkil etdiyi genişmiqyaslı hücum zamanı Litvanın səfirliyi də daxil olmaqla bir sıra mülki obyektlər hədəfə alınıb.
Qeyd olunub ki, iki Rusiya raketi və ya pilotsuz uçuş aparatı Kiyevin Peçersk rayonunda yerləşən Litva səfirliyinin ətrafına düşüb. Partlayışlardan biri səfirliyin hasarından 5 metr, digəri isə 150 metr aralıda baş verib.
Litva tərəfi hücum nəticəsində diplomatik nümayəndəliyin binasına zərər dəyməsini və əməkdaşların təhlükəsizliyinin riskə atılmasını kəskin şəkildə pisləyib.
Nazirlik vurğulayıb ki, bu addımlar 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının pozulmasıdır. Litva dəymiş zərərin qiymətləndirilməsindən sonra Rusiyadan kompensasiya tələb edəcəyini və əlavə tədbirlər görmək hüququnu saxladığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 01 Avqust 2026 22:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















