Bu ölkədə güclü zəlzələ baş verdi: Şəhərlər silkələndi
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Çilinin şimalında 6.8 maqnitudalı güclü zəlzələ qeydə alınıb.
“Yeni Sabah” xarici KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanlar Antofaqasta bölgəsində baş verib. Çili Milli Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Kalamadan təxminən 12 kilometr cənubda yerləşib.
Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 17:52-də qeydə alınıb. Yeraltı təkanlar bölgədə ciddi şəkildə hiss olunub, bəzi ərazilərdə elektrik və su təchizatında problemlər yaranıb. Dominos pizza
Çilinin Fövqəladə Hallar Xidməti (SENAPRED) ilkin olaraq insan itkisi və ya ciddi dağıntılar barədə məlumat verməyib. Rəsmilər həmçinin sunami təhlükəsinin olmadığını açıqlayıblar.
Qeyd edək ki, Çili Sakit okeanın “Odlar halqası” adlanan seysmik zonasında yerləşdiyi üçün tez-tez güclü zəlzələlərlə üzləşir.
Baxış sayı:120
Bu xəbər 26 May 2026 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















