Bu ölkədə “Rus Evi” bağlanır
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Moldova Xarici İşlər Nazirliyi və Mədəniyyət Nazirliyi ölkədə “Rus Evi”ni bağlamaq üçün bütün sənədləri hazırlayıb.
“Qafqazinfo” “Moldova 1” telekanalına istinadən xəbər verir ki, sənədlər yeni hökumət formalaşdırıldıqdan sonra təsdiq ediləcək.
“Mərkəzin əsasında fəaliyyət göstərdiyi saziş 1998-ci ildə iki ölkənin mədəniyyət nazirliklərinin nümayəndələri tərəfindən imzalanıb. XİN və Mədəniyyət Nazirliyindən olan həmkarlarımız bu sazişin müddətinin uzadılmaması üçün bütün zəruri materialları hazırlayıblar”, - Moldova Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoy deyib.
Moldovalı nazirin sözlərinə görə, prosedur tamamlandıqdan sonra sazişin müddətinin avtomatik uzadılmasını dayandırmaq üçün Rusiya tərəfi məlumatlandırılacaq.
Xatırladaq ki, Moldova XİN bu ilin fevralında mədəniyyət mərkəzlərinin fəaliyyəti ilə bağlı Rusiya ilə imzalanmış sazişdən çıxdığını bəyan edib.
Baxış sayı:75
Bu xəbər 28 Oktyabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















