Icma.az
close
up
RU
Bu ölkədən Azərbaycana gələn turistlərin sayı rekord səviyyədə artıb

Bu ölkədən Azərbaycana gələn turistlərin sayı rekord səviyyədə artıb

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 1 412 882 əcnəbi turist gəlib və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 35,3% və ya 368 601 turist çox olub.

“Ölkə.az” Media Təhlil Mərkəzinə istinadən xəbər verir ki, 2024-cü ilin ilk 9 ayında ölkəmizə gələn turistlərin 59,5%-ni və ya 840 074 nəfərini kişi turistlər təşkil edib. 

Ötən ilin eyni dövründə isə bu göstərici 63,7%-ə bərabər olub.

Əlavə məlumat üçün bildirək ki, cari ilin ilk 9 ayında Azərbaycana gələn kişi turistlərin sayı 26,3% və ya 174 960 nəfər, qadın turistlərin sayı isə 51,1% və ya 193 641 nəfər artıb.

Rəsmi rəqəmlər göstərir ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn əcnəbi şəxslərin böyük hissəsini Rusiya vətəndaşı olan turistlər təşkil edib. Ölkəmizə təşrif buyuran rusiyalı turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,7% və ya 87 972 nəfər artaraq 475 834 nəfərə bərabər olub.

Azərbaycana gələn əcnəbi turistlər arasında ikinci sırada hindistanlı turistlər yer alıb. Onların sayı rekord səviyyədə, yəni 134,3% və ya 101 093 nəfər artaraq 176 355 nəfərə çatıb.

İlk üçlüyü 118 380 turist ilə Türkiyə vətəndaşları qapayır. Türkiyəli turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,8% və ya 21 984 nəfər artıb.

Qeyd: Hesabat dövründə Azərbaycana gələn xarici ölkə turistlərinin ilk onluğunu təşkil edən ölkələrə diqqət etsək, bu il ölkəmizə gələn turist sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə artdığını görərik.

Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlara görə, cari ilin yanvar-sentyabr aylarında ölkəmizə gələn xarici turistlər ortalama olaraq Azərbaycanda 5,56 gün keçiriblər.

Bu göstərici üzrə ilk pilləni digər ölkələr ilə böyük fərqlə Qətərdən gələn turistlər tutub. Qətərli turistlərin ölkəmizdə keçirdikləri ortalama gün sayı 9,17-ə bərabər olub. İkinci sırada 6,76 gün ilə Bəhreyn vətəndaşı olan turistlər qərarlaşıb.

Cari ilin ilk 9 ayında ölkəmizdə ən az gün keçirən turistlər Cənubi Koreyadan olanlardır. Bir Cənubi Koreyalı turist ölkəmizdə ortalama 3,64 gün keçirib.

Azərbaycana gələn əcnəbi turistlər arasında “işgüzar” məqsədlə gələnlərin 24,3%-ni və ya 37 578 nəfərini rusiyalı, 15,2%-ni və ya 23 420 nəfərini türkiyəli turistlər təşkil edib. Növbəti üç sırada ardıcıl olaraq Çin, Qazaxıstan və Pakistandan olan turistlər qərarlaşıb.

“İstirahət, əyləncə” məqsədilə Azərbaycana gələnlərin 28,5%-ni təşkil edən Rusiya vətəndaşları ilk sırada yer alıb və onların sayı 283 652 nəfərə bərabər olub. 168 151 nəfər və ya 16,9% pay sahibi olan hindistanlı turistlər ikinci yerdə qərarlaşıblar. Növbəti üç pilləni ardıcıl olaraq, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan vətəndaşları təşkil edib.

“Qohumlara, dostlara baş çəkmək” məqsədilə ölkəmizə gələnlər arasında da rusiyalı turistlər ilk sırada yer alıb. Bu kateqoriyaya daxil olanlar səfər edənlərin 60,9%-ni təşkil edib və onların sayı 128 382 nəfərə bərabər olub.

Bununla yanaşı, Rusiya vətəndaşları “müalicə” məqsədilə ölkəmizə səfər edənlərin sıralamasında da (12 500 nəfər) ilk yeri tutublar. Onlar qeyd olunan məqsədlə ölkəmizə gələn turistlərin 68,1%-ni təşkil ediblər.

Rusiya vətəndaşları “alış-veriş” məqsədilə ölkəmizə gələn turistlər arasında ilk pillədə yer almayıb. 924 nəfər ilə gürcüstanlı turistlər bu kateqoriya üzrə siyahıda birinci sırada qərarlaşıblar. Onların sayı “alış-veriş” məqsədilə ölkəmizə gələn turistlərin 24,4%-ni təşkil edib. Rusiyadan gələnlər isə 797 nəfərlə (21,1%) ikinci yeri tutub.

Cari ilin ilk 9 ayında ölkəmizə gələn turistlər ümumilikdə 2 596 000 700manat pul xərcləyiblər ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 46,7% və ya 826 914 500 manat çoxdur.

Bu xərclərin 32,01%-ni və ya 831 075 400 manatını Rusiya vətəndaşı olan turistlər xərcləyiblər.

İkinci sırada 390 971 200 manat xərc ilə hindistanlı turistlər yer alıb. Onların xərci ümumi xərcin 15,06%-ni təşkil edib.

Üçüncü sırada isə 192 132 800 manat xərc ilə qardaş ölkə Türkiyə vətəndaşları yer alıb. Onların xərci ümumi xərcin 7,4%-nə bərabər olub.

Cari ilin ilk 9 ayında ölkəmizə gələn əcnəbilərin vətəndaşlığına görə ortalama xərclərini müqayisə etsək, ən çox pul xərcləyən turistlərin Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları, ən az pul xərcləyənlərin isə Gürcüstan vətəndaşları olduğunu görərik. BƏƏ vətəndaşları ölkəmizə səfəri zamanı ortalama olaraq adambaşına 2510 manat, Gürcüstan vətəndaşları isə 1163 manat pul xərcləyiblər.

Ümumilikdə isə ortalama olaraq ölkəmizə səfər edən hər turist 1837 manat pul xərcləyib.

Digər göstəricilər ilə aşağıdakı şəkildən tanış ola bilərsiniz.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Noyabr 2024 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri