Bu ölkələrdən Trampa ÇAĞIRIŞ KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Fars körfəzi ölkələri əvvəlcə ABŞ-dan İranla müharibəyə qoşulmağı xahiş etməsələr də, indi onların bir çoxu Vaşinqtonu geri çəkilməməyə və İrana regionda siyasəti diktə etməyə imkan verməməyə çağırır.
KONKRET.az xəbər verir ki, bu barədə Reuters agentliyinə Körfəz ölkələrindən üç hökumət mənbəsi məlumat verib.
Mənbələrin sözlərinə görə, regional liderlərin mövqeyindəki dəyişiklik İranın ABŞ və İsrailin zərbələrinə verdiyi cavabla bağlıdır. Körfəz ölkələri hesab edir ki, əgər İranın əlində əhəmiyyətli miqdarda silah və hərbi-sənaye obyektləri qalarsa, bu, regionun enerji resursları üçün davamlı təhlükə yaradacaq.
Hazırda da İranın Hörmüz boğazını bloklaması və qonşu ölkələrdəki obyektlərə zərbələr endirməsi narahatlıq doğurur.
Bu səbəbdən, Reuters-in mənbələri bildirir ki, Körfəz ölkələri Vaşinqtonun İranın hərbi potensialını hərtərəfli şəkildə zəiflətməli olduğunu düşünür.
Eyni zamanda, həmin mənbələr və Qərb ilə ərəb diplomatlarının sözlərinə görə, ABŞ Körfəz ölkələrinə təzyiq göstərərək onların İrana qarşı mümkün hərbi əməliyyatlara qoşulmasını tələb edir.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 17 Mart 2026 09:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















