Bu ölkələrdən Qəzza sülh planı çərçivəsində İsrailə ÇAĞIRIŞ
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Misir, Qətər, İordaniya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Pakistan və İndoneziya İsraili Qəzza sülh planının birinci mərhələsi çərçivəsində öhdəliklərini dərhal yerinə yetirməyə çağırıb.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bununla bağlı Misir Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanata görə, bu öhdəliklərə humanitar yardımın təhlükəsiz və maneəsiz çatdırılmasını təmin etmək və vacib infrastrukturun yenidən qurulmasını asanlaşdırmaq da daxildir.
Xarici işlər nazirləri bildiriblər ki, yol xəritəsi ABŞ-nin təklif etdiyi Qəzza sülh planının ikinci mərhələsinin irəliləməsi üçün çərçivə yaradır. Bu mərhələyə silahlı qüvvələrin ləğvi ilə yanaşı, İsrail qoşunlarının tam çıxarılması, beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsi və anklavda erkən bərpa proqramının başlanması daxildir.
Onlar həmçinin fələstinlilərin qovulmasına və ya məcburi köçürülməsinə, yaxud İşğal Edilmiş Fələstin Ərazisinin ərazi və ya demoqrafik xarakterini dəyişdirməyə yönəlmiş hər hansı tədbiri qəti şəkildə rədd etdiklərini bir daha bildiriblər.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 23 Sentyabr 2026 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















