Icma.az
close
up
RU
“Bu ölkəmi Azərbaycanın strateji tərəfdaşıdır?” “Badamova qarşı bu addımda hər iki məqam var...”

“Bu ölkəmi Azərbaycanın strateji tərəfdaşıdır?” “Badamova qarşı bu addımda hər iki məqam var...”

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Deputat Azər Badamovun Rusiya ərazisinə buraxılmaması və Moskva hava limanında heç bir izahat verilmədən onun geri göndərilməsi müəammalı hadisədir”.

“AzPolitika” bildirir ki, bunu politoloq Elxan Şahinoğlu sözügedən hadisəni şərh edərkən deyib.

Ekspert müzakirələ olunan versiyalar arasında ziddiyətlərin olmasına diqqət çəkib: “Doğrudur, belə bir versiya var ki, Rusiya tərəfi fevral ayında Azərbaycan xalqını və dövlətini təhqir edən açıqlama ilə çıxış etmiş Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyeva media müstəvisində verdiyi açıqlamalarına görə deputat Azər Badamovu “qara siyahı”ya salıb. Ancaq bu ikisi arasında böyük fərq var. Birincisi, Valuyev açıqlamasında Azərbaycan əleyhinə təhqiredici ifadələr işlətmişdi, Azər Badamov isə Rusiyanı hədəf almadan rusiyalı deputata cavab vermişdi. Azər Badamovun Nikolay Valuyevin ünvanına yazdığı sərt cümlə sadəcə bu idi: “Valuyev kimi şəxslərin Dövlət Dumasının deputatı vəzifəsinə təyin edilməsi parlamentarizm prinsipinə təhqirdir”. Görünür, məhz bu cümlə Moskvanın xoşuna gəlməyib.

İkincisi, Azərbaycan Xarici İşlər Nazirliyi Nikolay Valuyevin Azərbaycana girişinə qadağa qoyduğunu elan etmişdi. Yəni Valuyev bu qadağanı bilərək bilet alıb Azərbaycana gəlməzdi. Rusiya Xarici İşlər Nazirliyi isə Azər Badamovun Rusiyaya girişinə qadağa qoyması barədə açıqlama verməmişdi. Azər Badamov əvvəlcədən bunu biləsydi, Rusiyaya səfər etməzdi. Fərq bundadır. Azər Badamov qadağadan xəbərsiz deputat həmkarları ilə birgə Rusiyadakı tədbirə qatılmalıydı. Özü də söhbət o tədbirdən gedir ki, Rusiya tərəfi özü Azərbaycan Parlamentinin üzvlərini dəvət edib”.

E.Şahinoğlu vurğulayır ki, bu olayla bağlı diqqət çəkən digər iki məqam da var: “Birincisi, Azər Badamov Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun üzvüdür. İkincisi, bu hadisədən 10 gün əvvəl Azər Badamov Rusiya ərazisində - Dağıstanda səfərdə olub. Əgər Rusiyanın müvafiq strukturları Azər Badamova “stop” qoyublarsa, Dağıstan ərazisinə niyə buraxıblar? Belə çıxır ki, Azər Badamovla bağlı qərar 10 gün içində verilib”.

Azərbaycan Xarici İşlər Nazirliyinin hadisəni “qeyri-dost addım” kimi qiymətləndirdiyini xatırladan politoloq, Rusiya XİN-dən hələ də açıqlama olmamasına diqqət çəkib: “Moskva bu addımla bizə əl altdan dəyənəyini göstərib. Kreml bir tərəfdən emissarlarını Bakıya göndərir və gələnlər ağızdolusu dostluq və strateji tərəfdaşlıqdan danışırlar, o biri tərəfdən əvvəlcədən xəbərdar etmədən Azərbaycan Parlamentinin deputatını geri göndərirlər, üstəgəl də bəlli olur ki, Azərbaycan əleyhinə kiberhücumları həyata keçirən əsas qruplar Rusiya ərazisindədir. Bu ölkəmi Azərbaycanın strateji tərəfdaşıdır?”

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 May 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see192

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see162

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see149

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see141

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see141

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see139

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see138

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see129

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see125

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri