“Amnistiya aktı məhkum qadınların uzun müddət cəmiyyətdən təcrid olunmasının qarşısını alır” Hüquqşünas
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
“Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə təqdim edilən amnistiya aktı qəbul edilib. 19 dekabr tarixində 20 mindən artıq insana şamil olunacaq bu akt ölkə tarixində ən çox insana təsir edəcək amnistiya aktlarından biri hesab olunur. Yeni amnistiya aktı çərçivəsində isə 5 mindən artıq insan cəzadan azad olunacaq, 3 mindən artıq insanın cəzası azaldılacaq, 7 mindən çox insan azadlıqdan məhrumiyyətlə bağlı olmayan digər cəzadan və şərti cəzadan azad ediləcək, 4 minə qədər insan digər cinayət məsuliyyətindən, 1000-dən artıq insan isə digər məsuliyyət növlərindən azad olunacaq“.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, hüquqsünas Xəyal Bəşirov bildirib.
O, qeyd edib ki, burada qadınların da payı böyükdür:
“Ümumilikdə Azərbaycanda penitensiar müəssisələrdə cəza çəkən şəxslərin sosial reabilitasiyası ilə bağlı qanun mövcuddur. Eyni zamanda, cəzaların icrası məcəlləsində bu sahə ilə bağlı ayrıca müddəalar nəzərdə tutulub. Məqsəd cəza çəkən insanların gələcəkdə cəmiyyətə yenidən inteqrasiya prosesini asanlaşdırmaqdır. Bunun üçün cəza çəkən müəssisələrdə müxtəlif işlər aparılır.
Qeyd etdiyimiz amnistiya aktları, əfv sərəncamları və fərmanlar insanların cəza çəkdikləri müəssisələrdən daha tez azad olunması və cəmiyyətə inteqrasiya olunmasını təmin etmək məqsədilə verilir. Qadınlara münasibətdə ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmur və mümkün qədər qadınlara azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalar tətbiq edilir.
Paralel olaraq, vaxtından əvvəl azad etmə, amnistiya və əfv sərəncamları qadınların və digər şəxslərin, xüsusilə də qadınların, cəmiyyətdən uzun müddət təcrid olunmasının qarşısını almaq məqsədilə verilir. Uzun müddət təcrid cəmiyyətə reinteqrasiya prosesində müəyyən problemlər yarada bilər.
Eyni zamanda, cəzaçəkmə müəssisələrində insanların əmək fəaliyyəti ilə məşğul olmaları təmin edilir. Bu, onların azadlığa çıxdıqdan sonra cəmiyyətə qısa müddətdə inteqrasiya olunmasını asanlaşdırır və onların cəmiyyətdə faydalı fəaliyyət göstərməsinə imkan yaradır”.
Qeyd edək ki, dekabrın 22-də Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsindən 22 qadın azadlığa buraxılıb.
Onlardan ikisi azyaşlı övladı ilə saxlanılır.
Şəbnəm Rəhimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 23 Dekabr 2025 09:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















