Ukraynada Müdafiə Nazirliyinin 88 qurumunda genişmiqyaslı auditə başlanır
Operativ MM saytına istinadən Icma.az xəbər verir.
Ukrayna Dövlət Audit Xidməti Müdafiə Nazirliyinin tabeliyində olan 86 müdafiə sənayesi qurumu və iki dövlət müəssisəsində audit aparmağa başlayır.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, auditin keçirilməsi barədə qərar Prezident Volodimir Zelenskinin göstərişi ilə qəbul olunub.
Buna səbəb müdafiə sektorunda, xüsusilə dövlət satınalmaları sahəsində yüksək vəzifəli şəxslərin korrupsiyada iştirakına dair yayılan məlumatlar və geniş rezonans doğuran qalmaqallardır.
Dövlət Audit Xidmətinin sədri Alla Basalaevanın sözlərinə görə, yoxlamalar silah istehsalı və tədarükü ilə məşğul olan 86 müdafiə sənayesi müəssisəsini, həmçinin Müdafiə Nazirliyinin iki dövlət qurumunu – Müdafiə Tədarük Agentliyini və Dövlət Logistika Operatorunu əhatə edəcək. Audit prosesinə Dövlət Audit Xidmətinin təxminən 500 əməkdaşı cəlb olunub.
Basalaeva xatırladıb ki, 2023-cü ildə Müdafiə Nazirliyində aparılan əvvəlki auditlər bir sıra səs-küylü cinayət işlərinə, vəzifəli şəxslərin işdən çıxarılmasına və yerinə yetirilməmiş müqavilələrlə bağlı milyonlarla məbləğdə məhkəmə razılaşmalarına səbəb olub. Onun sözlərinə görə, həmin dövrdə qurum ciddi təzyiqlərlə üzləşib və oxşar cəhdlərin indiki audit zamanı da davam edəcəyi istisna edilmir.
Qeyd olunub ki, auditin aralıq nəticələri aylıq olaraq hökumətə təqdim ediləcək, yoxlamalar başa çatdıqdan sonra isə yekun hesabat açıqlanacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 23 Dekabr 2025 09:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















