Icma.az
close
up
RU
“Bu, onları cəzalandırmaq üçün edilib” Putin uşaqların da qətlə yetirildiyi raket zərbələrinə haqq qazandırdı

“Bu, onları cəzalandırmaq üçün edilib” Putin uşaqların da qətlə yetirildiyi raket zərbələrinə haqq qazandırdı

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın dinc sakinlərinin Rusiya ordusu tərəfindən atəşə tutulmasına “izahat verib”. 

“AzPolitika” xəbər verir ki, Putin bugünkü çıxışında Ukraynanın Sumı, Odessa, Krivoy Roq şəhərlərində onlarla uşağın həlak olduğu və mülki hədəflərə yönələn Rusiya bombardmanlarına haqq qazandırıb. O deyib ki, ki, “mülki hədəflər Sumı və Odessada olduğu kimi Kiyev hərbçiləri tərəfindən istifadə edilərsə, onlara zərbələr endirilir”.

O, Sumıdakı konqres mərkəzinə raket zərbəsini "orada Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin mükafatlandırılması" ilə izah edib. Lakin nəticədə xeyli sayda uşağın, günahsız insanların həlak olmasına izahat verməyib: "Mülki infrastruktur obyektlərini vurmamaq təklifinə gəlincə, bunu həll etmək lazımdır. Məsələn, silahlı qüvvələrimizin konqres mərkəzinə, məncə, Sumı Dövlət Universitetinin konqres mərkəzinə hücumundan hamı yaxşı xəbərdardır. Bu mülki obyektdir, ya yox? Mülkidir. Amma orada Kursk vilayətində cinayət törədənlərin, həm Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin, həm də millətçilərin mükafatlandırma mərasimi olub. Bunlar isə sərhəd bölgəsində, o cümlədən Kurskda etdiklərinə görə layiqli cəzasını almalı olan cinayətkar hesab etdiyimiz insanlardır. Onlar öz cəzalarını aldılar. Bu, məhz onları cəzalandırmaq üçün edilib”.

Putin əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri “restoranlarda toplantılar, görüşlər, konfranslar keçirir, nəyisə qeyd edir, araq içirlər”: “Bu, mülki obyektdir? Mülkidir. Amma hərbi hədəfdir. Bunu həll etmək lazımdır. Bütün bunlar dialoq nəticəsində, bəlkə də, ikitərəfli şəkildə, diqqətlə öyrənilməli olan mövzudur. Biz bunu istisna etmirik. Ona görə də bütün bunları təhlil edib müvafiq qərarlar qəbul edəcəyik". Belə çıxır ki, eyni məntiqlə rus hərbçilərinin də olduğu istənilən mülki obyekt, mağaza, kafe, xəstəxana, uşaq bağçası və s. partladıla bilər. Yəni, dünyanın ən böyük ərazisinə və nüvə potensialına malik olan ölkənin başçısı deyir ki, bir mülki obyektdə Ukrayna hərbçisi varsa, o, avtomatik hərbi hədəfə çevrilir və oradakı uşaqlar, qadınlar, qocalar, bir sözlə, bütün günahsız insanlar da qətlə yetirilməlidir…

Xatırladaq ki, aprelin 13-də, xristinların Pasxa bayramı öncəsi müqəddəs saydığı son bazar günündə Rusiya qüvvələri Ukraynanın Sumı şəhərinin mərkəzinə raket zərbəsi endirib. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, ikisi uşaq olmaqla 34 nəfər həlak olub, 15-i uşaq olmaqla 119 nəfər yaralanıb. Zərbə iki “İsgəndər-M” ballistik raketi ilə həyata keçirilib, onlardan biri Sumı Dövlət Universitetinin Konqres Mərkəzinə düşüb, ikincisi isə küçənin ortasında partlayıb və sərnişin avtobusunu məhv edib. Ölənlər arasında pianoçu Yelena Koqut, müəllim Marina Çudesa, altıncı sinifdə oxuyan oğlan da daxil olmaqla bütöv bir ailə, eləcə də Ukrayna Silahlı Qüvvələrinin polkovniki Yuri Yula olub.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Aprel 2025 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri