Bu pendir qadın və kişilərə fərqli təsir edir Araşdırma
Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Alimlər müəyyən ediblər ki, çedar pendirinin gündəlik qəbulu orqanizmdə K vitamini səviyyəsini artırmaqla yanaşı, xolesterin göstəricilərinə də müsbət təsir göstərə bilər. Araşdırmanın nəticələri Food & Function jurnalında dərc olunub.
Tədqiqatda artıq çəkidən əziyyət çəkən və yaşı 50-dən yuxarı olan 60 nəfər iştirak edib. İştirakçılar 6 həftə ərzində hər gün 120 qram çedar pendiri qəbul ediblər. Araşdırma zamanı iki fərqli növ pendir müqayisə olunub: biri otlaqda bəslənən inəklərin südündən, digəri isə qarışıq yemlə qidalanan inəklərin südündən hazırlanıb.
Nəticələr göstərib ki, çedar pendiri qəbul edən şəxslərdə K vitamini göstəriciləri yaxşılaşıb. Bu vitamin yalnız qanın laxtalanmasında deyil, həm də damarların və sümüklərin sağlamlığının qorunmasında mühüm rol oynayır. Maraqlıdır ki, tərkibində K vitamini daha çox olan pendirlə digər variant arasında ciddi fərq qeydə alınmayıb.
Eyni zamanda lipid profili üzrə aparılan təhlil kişi və qadınlar arasında fərqli nəticələr ortaya qoyub. Belə ki, kişilərdə K vitamini daha yüksək olan pendirin qəbulu “yaxşı” xolesterin hesab edilən HDL səviyyəsinin artması ilə əlaqələndirilib. Qadınlarda isə bu məhsul ümumi xolesterin və “pis” xolesterin (LDL) səviyyəsinin azalması ilə müşahidə olunub.
Araşdırma müəllifləri qeyd edirlər ki, çedar pendiri təkcə zülal və kalsium mənbəyi deyil, həm də ürək-damar sistemi və yağ mübadiləsinə müsbət təsir göstərə bilən K2 vitamini baxımından da əhəmiyyətli qida məhsuludur.
İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Alimlərdən maraqlı araşdırma: Ayrılıq qadınlara, yoxsa kişilərə daha pis təsir edir?
07 Oktyabr 2026 15:17
Yaşlanma kişilər və qadınların immun sisteminə fərqli təsir edir Yeni araşdırma
11 Aprel 2026 19:20
Yeni araşdırma: Evlilik kişilərə yarayır, qadınlara yox...
12 Yanvar 2025 03:58
“Alkoqol kişilərə və qadınlara fərqli təsir göstərir..?”
04 İyun 2025 21:55
Bu, müstəqil ictimai araşdırma tələb edir
05 İyun 2025 13:53
Baxış sayı:196
Bu xəbər 09 Aprel 2026 09:11 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları