Icma.az
close
up
RU
Bu peşələr risk altındadır Xəbərdarlıq

Bu peşələr risk altındadır Xəbərdarlıq

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qlobal miqyasda baş verən müharibələr yalnız siyasi və hərbi müstəvidə deyil, iqtisadi sahədə də ciddi sarsıntılar yaradır. Münaqişələrin uzanması enerji, ərzaq və logistika zəncirində problemlər formalaşdıraraq dünya iqtisadiyyatında böhran riskini artırır. Belə vəziyyətlərdə bir sıra sahələr fəaliyyətini məhdudlaşdırmaq və ya dayandırmaq məcburiyyətində qalır ki, bu da minlərlə insanın iş yerlərini itirməsi ilə nəticələnə bilər. Xüsusilə beynəlxalq ticarət, turizm, xidmət və bəzi istehsal sahələrində çalışanların əmək bazarında daha böyük risklə üzləşəcəyi ehtimal olunur. Bu baxımdan, müharibənin yarada biləcəyi qlobal iqtisadi böhranın hansı peşə sahiblərinə daha çox təsir göstərə biləcəyi diqqət çəkən məsələlərdən biridir.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Naib Niftəliyev deyib ki, müharibə şəraitində hər bir peşə, hər bir fəaliyyət sahəsi bu və ya digər formada risk altına düşür:
“Yəni istənilən sahədə müəyyən bir böhranın yaşanması, iqtisadi çətinliklərin olması qaçılmaz və labüddür. Müharibə şəraitinin necə aparılmasından, necə davam etməsindən, hansı texnologiyadan, hansı silahdan istifadə edilməsi burda əhəmiyyətli təsir rolu oynayır. Yəni müdafiə sistemlərinin də rolu təsiri mümkündür. Yəni əgər dağıntı çoxdursa, risklər böyükdürsə və iqtisadiyyatdan daha çox vəsait hərbi sferaya, müharibəyə xərclənmişsə, təbii ki, hərbi fəaliyyət xaricində istənilən peşə daha böyük risklərə məruz qalır. Hərbçilər də, misal üçün hərbi ixtisaslı şəxslər də istisna deyil. Yəni əsas zərər istər-istəməz mülki infrastruktura, sosial peşə sferasına və humanitar sahəyə dəyir. Həyati vacib ixtisaslar bu və ya digər vəziyyətdə öz əhəmiyyətini qoruyub saxlayır. Risk ehtimalı bütün peşələri 20-100 %-ə qədər tam olaraq əhatə edir”.
Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları bölgədə vəziyyəti kəskinləşdirib. İran tərəfi bu hücumlara İsrailə raketlər atmaqla cavab verib. Hadisələrin gedişində İranın dövlət televiziyası ali dini lider Ayətullah Xameneinin öz ofisində öldürüldüyü barədə məlumat yayıb. Bu xəbərlə əlaqədar ölkədə 40 günlük matəm və 7 günlük qeyri-iş günü elan edilib.
Gərginlik Azərbaycan sərhədlərinə də sıçrayıb. Martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. Hücum zamanı "Arash-2" tipli pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir. PUA-lardan biri Naxçıvan Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb.
Hava limanına düşən dron binaya ciddi zərər vurmaqla yanaşı iki mülki şəxsin xəsarət almasına səbəb olub. Hadisə yerində araşdırmalar aparılır və təhlükəsizlik tədbirləri gücləndirilib. Bölgədəki hərbi aktivlik və siyasi qeyri-müəyyənlik davam edir.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Mart 2026 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri