Icma.az
close
up
RU
Şamaxı, Qazax, Quba yolları risk altındadır: Ekspertdən xəbərdarlıq

Şamaxı, Qazax, Quba yolları risk altındadır: Ekspertdən xəbərdarlıq

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Avtomobil yolları haqqında” qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə bəzi dəyişikliklər təklif edilib. Dəyişikliyə əsasən, "Avtomobil yolları haqqında" Qanunda da avtomagistral anlayışının müvafiq redaksiyada verilməsi nəzərdə tutulur.

Ödənişli yollarda sürət həddi ilə bağlı da təkliflər səslənib. Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev dəyişiklikləri şərh edərkən bildirib ki, Azərbaycanda ödənişli avtomagistrallarda maksimal sürət həddinin qanunvericiliklə müəyyən edilməsi təklif olunur. Bununla bağlı “Yol hərəkəti haqqında” qanuna müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur: 

- Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib. Layihəyə əsasən, yaşayış məntəqələrindən kənarda yerləşən ödənişli avtomaqistrallarda; minik avtomobilləri və icazə verilən maksimal kütləsi 3,5 tona qədər olan yük avtomobilləri üçün maksimal sürət 130 km/saatdan çox olmayacaq; Avtobuslar, qoşqulu minik avtomobilləri, həmçinin kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün maksimal sürət 90 km/saatı keçməməlidir. Qanunun yeni redaksiyasında avtomaqistral anlayışı da dəqiqləşdirilir. Belə ki, avtomaqistral: xüsusi hərəkət rejimi olan, müvafiq yol nişanları ilə işarələnən, hərəkət istiqamətləri ayrılmış, dəmir yolları, piyada və velosiped yolları ilə eyni səviyyədə kəsişməsi olmayan, həmçinin ən azı hər 50 km-dən bir istirahət və dayanacaq zonaları ilə təchiz edilmiş yol hesab olunur. Hesab edirəm, bu halda Şamaxı yolu, Qazax yolu, köhnə Quba yolu... və bu kimi yolların bəzi hissələrində təkmilləşdirilməyə ehtiyac var. Yaşayış məntəqələrindən çıxarılmalı və eyni səviyyəli keçidlər müxtəlif səviyyəli keçidlərlə əvəzlənməlidir. Məsələn, Bakıdan Ələtə kimi olan hissə ölkənin həm də ən yüklənmiş və alternativi olmayan yoludur. 18 ildi istismar olunur, əsaslı təmir edilməlidir. 40 km-lik R6 H.Z.Tağıyev-Sahil yolunu 4 zolağa təkmiləşdirib və sürətli əlaqəni təmin etmək lazımdır, Bakıya doğru isə sürət azalmalıdır. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Yanvar 2026 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri