Bu prospektdə diqqətli olun; bəzən qəza qaçılmaz olur AQİL RƏHİMOV VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Bakı şəhərində bəzi yol qovşaqlarında hərəkətin düzgün təşkil olunmaması və sürücülərin diqqətsizliyi qəza riskini artırır. Xüsusilə zolaqların birləşdiyi və görünüşün məhdud olduğu ərazilərdə ehtiyatlı olmaq vacibdir.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov Babək prospektindən Heydər Əliyev prospektinə dönərkən mövcud olan təhlükəli məqamlarla bağlı sürücülərə müraciət edib.
Onun sözlərinə görə, sözügedən ərazidə dönüş zamanı 3–4 zolaqdan sağa doğru hərəkət edilsə də, yolun davamında zolaqların sayı birdən-birə 1 zolağa enir. Bu da avtomobillərin eyni anda bir zolağa daxil olmasına səbəb olur və toqquşma riskini artırır:
Vağzalın qarşısında xaos: sürücülər maşınını necə gəldi saxlayır - FOTO
“Burada yol bizimdir, qanun da bizimdir. Amma hər kəs bu qaydalara eyni anda əməl etmir. Əgər soldan gələn avtomobil yol verməsəydi, bir zolaqda toqquşma qaçılmaz olardı”.
Aqil Rəhimov daha bir təhlükəli məqamın yolun sağ tərəfində yerləşən obyektin – otelin çıxışı ilə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, həmin ərazidə görünüşü məhdudlaşdıran otlar və kollar səbəbindən həm yoldan çıxan avtomobillər, həm də əsas yolla hərəkət edən sürücülər bir-birini gec görürlər:
“Bu nöqtədə manevr edən avtomobillər bizi gec görür. Ona görə də sürücülər burada xüsusilə diqqətli olmalı, ayaqlarını əyləc üzərində hazır saxlamalıdırlar”.
Qəza əleyhinə kursların məşqçisi sürücülərə bu cür riskli ərazilərdə sürət həddini azaltmağı, yolun konfiqurasiyasını əvvəlcədən nəzərə almağı və qarşılıqlı ehtiyat prinsipinə əməl etməyi tövsiyə edib.
Eltac Zülfüqaroğlu
Oxunub 6
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 03 Fevral 2026 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















