Bu qan qrupunda mədə xərçəngi DAHA YÜKSƏKDİR!
Icma.az, News24 saytına istinadən bildirir.
Ümumi cərrahiyyə üzrə mütəxəssis Prof. Dr. Serdar Yol, A qan qrupuna sahib şəxslərdə, kişilərdə, siqaret çəkənlərdə və artıq çəkili insanlarda mədə xərçəngi riskinin daha yüksək olduğunu bildirib. Xərçəngin son illər artdığını qeyd edən həkim, bu xəstəliyin əlamətsiz şəkildə irəliləyə biləcəyini vurğulayıb.
Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir.
Mədə xərçənginə səbəb olan başlıca amillər arasında Helicobacter pylori infeksiyası, genetik meyillilik, B12 çatışmazlığı, mədə polipləri və tütsülənmiş, duzlu qidaların tez-tez istehlakı yer alır. Prof. Dr. Yol erkən diaqnozun cərrahi müalicədə şans yaratdığını, gec mərhələdə isə sağalma ehtimalının azaldığını deyib.
Əməliyyat sonrası xəstələrə tez-tez və az-az qidalanmaq, qidaları yaxşı çeynəmək tövsiyə olunur. Prof. Dr. Yol, erkən diaqnozla 5 illik sağ qalma şansının 90-100%, gecikmiş hallarda isə 15-25% olduğunu bildirib.
Xeyrənsə Piriyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 22 İyul 2025 20:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















