Icma.az
close
up
RU
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib.

Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanın hüceyrə, toxuma və orqanlarının fəaliyyət effektivliyini göstərir. Qocalma tempinə irsiyyət, qidalanma tərzi, fiziki aktivlik səviyyəsi, yuxunun keyfiyyəti, stres, zərərli vərdişlər və xroniki xəstəliklər kimi amillər birbaşa təsir göstərir.

Mütəxəssis bildirir ki, eyni yaşda olan iki fərqli şəxsi eyni meyarlarla dəyərləndirmək düzgün deyil, çünki onların orqanizmlərinin vəziyyəti kəskin şəkildə fərqlənə bilər. İllər keçdikcə orqanizmdə hüceyrə zədələnmələri artır, immun sisteminin fəaliyyət mexanizmi dəyişir, iltihab prosesləri aktivləşir və telomerlərin uzunluğu qısalır.

Hazırda bioloji yaşı mütləq dəqiqliklə ölçmək qeyri-mümkündür. Bu məqsədlə qanın kompleks analizi, qaraciyər və böyrəklərin fəaliyyət göstəriciləri, qanda şəkər və xolesterinin səviyyəsi, həmçinin iltihab markerlərindən istifadə edilir. Bundan əlavə, insanın fiziki forması, əzələ gücü, yeriş sürəti, bədən müvazinəti və ürək-damar sisteminin ümumi sağlamlığı da nəzərə alınır.

Mütəxəssis vurğulayıb ki, yaşla əlaqədar dəyişiklikləri ləngitmək üçün mütəmadi olaraq idmanla məşğul olmaq, sağlam yuxu rejiminə riayət etmək, balanslı qidalanmaq, tütündən imtina etmək, eləcə də qan təzyiqini, şəkər və xolesterin səviyyəsini daim nəzarətdə saxlamaq vacibdir.

Bununla yanaşı, ekspertlər xəbərdarlıq edirlər ki, bioloji yaşı müəyyən edən testlər qəti tibbi diaqnoz sayılmır. Yalnız bir göstəriciyə əsaslanaraq orqanizmin ümumi vəziyyətini tam dəyərləndirmək və insanın nə qədər yaşayacağını əvvəlcədən söyləmək mümkün deyil.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 26 Oktyabr 2026 05:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri