Icma.az
close
up
RU
Bu qapıdan keçənə polis də dəymirdi…

Bu qapıdan keçənə polis də dəymirdi…

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çox inanclı bir dostum vardı, ocaqları, pirləri tez-tez ziyarət edirdi.

Ona deyirdim, elə bil, sən Allahı göydən çox yerdə axtarırsan. O da mənim inancımı yarımçıq sayırdı. Deyirdi, insanın içindəki boşluğu təkcə dua ilə doldurmaq olmur, bəzən bir ağır ocağın daşına əl sürtmək, bir qəbir başında dayanıb, bir pirin havasını udmaq da Allaha ibadətdir.

Bəlkə də haqlıydı. Amma mənə görə bir insanın inanclı olub-olmadığını bilmək üçün yalnız nəyə sığındığını deyil, nədən qaçdığını da bilmək lazımdır.

Tələbəlik illərim idi, anamı yenicə itirmişdim.

Bir az özümə qapanmışdım. Dostum mənim bu halımdan əndişələnirdi, ciddi israrla məni ağır bir ocağa götürürdü. Dostum, seyidin nəvəsi və mən səhər tezdən ocağa doğru yola çıxmışdıq.

Nəvə öz babası haqqında o qədər gözəl xatirələr danışırdı ki, yol uzandıqca mən də az qala hekayənin içinə girmişdim, yavaş-yavaş hekayələrin içindəki o adama yaxınlaşırdım.

Hekayələr uzandıqca uzanırdı. Amma qapı ilə bağlı danışdığı iki əhvalat məni daha çox təsirləndirmişdi.

Ağanın nəvəsi danışırdı ki, bizim kənddə ağanın ocağından başqa hamının dəmir darvazası var idi. İlk maaşımı alanda mən də evimizə dəmir darvaza asdırdım. Elə düşünürdüm ki, ağam buna görə çox sevinəcək. Amma tam tərsi oldu. Ağam bunu görüb çox əsəbiləşdi, qapını bizə sökdürdü. Səbəbi də bu olub ki, onun ocağının qapısı bağlana bilməz, həmişə açıq olmalıdır.

Bu hekayə artıq içimi isidirdi. Demək ki, bir insanın böyüklüyünü onun tikdirdiyi evin həcmindən deyil, bağlamadığı qapıdan anlamaq olar.

Nəvə deyirdi ki, sovetlər zamanı milis hansısa sürücünü qovanda da maşınqarışıq sürücü özünü bizim həyətə salırdı. Ağanın qapısından içəri keçən adama milis toxunmurdu.

Ağanın insanların üzünə açıq olan hər iki qapısı məni təsirləndirirdi. Bir qapı var ki, insanı evə buraxır; Bir qapı var ki, insanı qorxudan içəri buraxmır.

Yol uzunu düşünürdüm ki, hekayənin içində bəlkə üçüncü qapı da olacaq.

Amma üçüncü qapını tapmaq düz otuz ilimi aldı…

Ocağa çatanda həyət adamla dolu idi, xatırlamıram, deyəsən hansısa dini bayram qeyd olunurdu. Ehsan süfrələri açılmışdı, ağanın ruhuna dualar oxunur, nəzir qoyulur, diləklər edilirdi. Bilmirəm açığı insanlar ziyarətə niyə gedir - inandığı üçün, yoxsa ümid etdiyi üçün. Hər halda nəsə istəyir, ümid edir, nəsə gözləyir.

Axşamüstü ağanın həyəti insanlardan tam boşaldı.

Ağanın nəvəsi bildirdi ki, ziyarətgahın yalnız bir giriş qapısı olduğuna görə adamlar içəri girəndə növbə yaranır. Ona görə də ziyarətgaha çıxış qapısı da lazımdı; insanlar bir qapıdan girib ziyarətini etsin, nəzir-niyazını qoysun, o biri qapıdan çıxsın.

Həmin an beynimdə bir fikir dolaşdı – bu mənim axtardığım üçüncü qapı ola bilməz. Çünki mən üçüncü qapını nə daşın içində, nə bu ziyarətgahın divarında, nə də yeni tikiləcək çıxışda axtarırdım. Üçüncü qapı da mütləq ağanın danışılan hekayələrinin içərisində bir yerdə olmalıdır.

Bu ocağın insanların üzünə açıq iki mənəvi qapısından sonra üçüncü qapı nəzir-niyazın, pulun, maddiyyatın açdığı qapı ola bilməzdi. Olmamalıydı.

İndi anlayıram ki, üçüncü qapı heç bir ocaqda, ziyarətgahda deyil. Hər kəsin Allahla arasında görünməyən bir qapısı var.

Kimi onu dua ilə açır, kimi də bir qəbir daşına toxunaraq.

Bəlkə əsas məsələ heç qapının harada olması da deyil.

Əsas məsələ odur ki, insan o qapıdan içəri girəndə orada nə tapır. Bəlkə üçüncü qapı insanın özündən əvvəlki halından çıxıb, özünə başqa bir yerdən qayıtması üçün lazımdı?

O halda görəsən ağanın üçüncü qapısının əsl hekayəsi necə olub?..

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://axar.az
archiveBu xəbər 10 Sentyabr 2026 22:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see331

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see316

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see309

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see308

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see289

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see280

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see275

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see266

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see254

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see241

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see240

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see240

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see237

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see236

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see232

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see230

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see222

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see201

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see185

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri