Icma.az
close
up
RU
Bu qəbiristanlıqda 30 min “ölü” var ARAŞDIRMA

Bu qəbiristanlıqda 30 min “ölü” var ARAŞDIRMA

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Maştağa qəsəbəsindəki “maşın qəbristanlığı”nda 30 mindən çox avtomobil toplanıb.

Nazirlər Kabinetinin 2 qərarının qüvvəyə minməsi ilə Azərbaycana gətirilən minik avtomobillərinin istehsal ili 4 ildən 7 ilədək olduqda 400 manat, 7 il və daha çox olduqda isə 700 manat məbləğində sahiblərindən utilzasiya haqqı alınır. Utilzasiya haqları gömrük rəsmiləşdirilməsi zamanı tutulur.

“Yeni Sabah”ın araşdırmasına görə, Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası proqramının icrasına başlanıldığı dövrdən etibarən ümumilikdə 30 mindən çox avtomobil utilizasiyaya təhvil verilərək dövriyyədən çıxarılıb. pizza mizza

Rəsmi qurumların (Baş Dövlət Yol Polisi İdarəsi və "Təmiz Şəhər" ASC) verdiyi son statistikaya əsasən, illər üzrə təhvil verilən nəqliyyat vasitələrinin sayı aşağıdakı kimidir:

2024-cü ildə: 1 966 ədəd;

2025-ci ildə: 19 840 ədəd;

2026-cı ilin ötən dövrü ərzində: 13 330 ədəd.

Köhnə maşınını təhvil verib güzəştli vauçer (sertifikat) əldə edən vətəndaşlardan 1 687 nəfəri güzəştli şərtlərlə yerli istehsal olan yeni avtomobil alıb. Onların hər birinə yerli istehsal avtomobillərin alışı üçün 2000 manatlıq vauçer verildiyini nəzərə alsaq, bu istiqamətdə avtomobil bazarına yönəldilən güzəştin ümumi məbləği təxminən 3,3 milyon manatdan çoxdur.

Yeni avtomobil almaq istəməyən və birbaşa kompensasiyaya üstünlük verən ərizəçilərin bank hesablarına ümumilikdə 1 milyon manatdan çox birdəfəlik pul vəsaiti köçürülüb.

Ümumilikdə, proqram çərçivəsində köhnə avtomobillərini təhvil verən vətəndaşların stimullaşdırılmasına 4,4 milyon manata yaxın ümumi vəsait (həm nağd, həm də vauçer formasında) cəlb edilib.

Xatırladaq ki, nəqliyyat vasitələrinin utilizasiyası prosesinə və bu sahədəki ümumi tənzimləməyə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzarət edir.

Nazirliyin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) utilizasiya prosesinin birbaşa idarə edilməsini, utilizatorların reyestrinin aparılmasını və qanunvericiliklə müəyyən edilmiş qaydada vəsaitlərin idarə olunmasını həyata keçirir.

Utilizasiyaya verilməsi üçün onun dövlət qeydiyyatından çıxarılması və üzərində hər hansı məhdudiyyətin (həbs, girov, ödənilməmiş cərimə və s.) olub-olmamasının yoxlanılmasını Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) icra edir.

Utilizasiya haqlarının toplanması və güzəştli vauçerlərin/birdəfəlik ödənişlərin maliyyələşdirilməsi üçün yaradılmış Nəqliyyat vasitələrinin utilizasiyası fonduna nəzarət isə Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi (Dövlət Vergi Xidməti və Gömrük Komitəsi vasitəsilə haqların yığılması hissəsində) ilə koordinasiyalı şəkildə həyata keçirilir.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 02 İyul 2026 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see968

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see434

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see336

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see255

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see242

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see240

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see232

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see222

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see211

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see207

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see203

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see196

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see194

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see191

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see189

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see188

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see184

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see182

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri