Icma.az
close
up
RU
Bu qədər imtahan var: Amma nəticələr yüksəlmir

Bu qədər imtahan var: Amma nəticələr yüksəlmir

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Bu gün məktəblərimizdə şagirdlərin qarşısına qoyulan imtahan yükü artıq ağıla və pedaqogik məntiqə sığmayan səviyyəyə çatıb”. 

“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri təhsil üzrə ekspert Kamran Əsədov deyib. Eksperin qeyd edir ki, ilin əvvəlindən sadaladığınız imtahanları bir yerdə topladıqda ortaya son dərəcə absurd, təhsil psixologiyasına və inkişaf nəzəriyyələrinə tamamilə zidd bir mənzərə çıxır: 

“Kings olimpiadası
 Koala olimpiadası
 Zəfər olimpiadası
 Bilbacar müsabiqəsi
 Vebras müsabiqəsi
 Kenquru müsabiqəsi
 Respublika fənn olimpiadaları
 Respublika fənn müsabiqələri
 Lütfizadə adına olimpiada
➔ 9-cu sinif buraxılış imtahanı
➔ 11-ci sinif buraxılış imtahanı
➔ 11-ci sinif blok imtahanları (2 dəfə olacaq)
➤ 4-5-6-cı siniflər üçün monitorinq (olacaq)
 Məktəbdaxili Kiçik Summativ Qiymətləndirmələr
 Məktəbdaxili Böyük Summativ Qiymətləndirmələr
➤ Sınaq və Monitorinqlər (digər fənlər üzrə)
➤ Buraxılış fənləri üzrə hər ay keçirilən monitorinqlər

Bu siyahı sadəcə bir şagirdin bir tədris ili ərzində qarşılaşdığı minimum 17 əsas imtahan və qiymətləndirmə deməkdir. Halbuki burada qeyd edilməyən kurs sınaqları, DİM sınaqları və əlavə təşkil olunan fərdi testlər də var. Bütün bu yüklə şagird təxminən hər 1-2 həftədən bir imtahan vəziyyətinə salınır”.

Ekspertin sözlərinə görə, bu yanaşma artıq təkcə akademik yük problemi deyil: “Bu sistematik şəkildə uşağın psixoloji durumuna, emosional sabitliyinə və təhsil keyfiyyətinə vurulan bir zərbədir. Dünyanın inkişaf etmiş ölkələrində – məsələn, Finlandiyada şagirdlər 9 il ərzində cəmi bir neçə böyük qiymətləndirmədən keçirlər. İbtidai və orta təhsil müddətində uşaqların əsas diqqəti öyrənmək, kəşf etmək, düşünmək və bacarıqlarını inkişaf etdirmək üzərinə yönəlir. 

Almaniyada əsas qiymətləndirmələr sinifdə gündəlik iştirak və layihə əsaslı işlərlə ölçülür. ABŞ-də belə imtahanlar ildə 1-2 dəfə əsas summativ məqsədli olur, lakin uşaq hər ay imtahan stresi yaşamır. Azərbaycan təhsilində isə “yüklə və ölç” yanaşması normaya çevrilib. 

Təhsil Qanununun 18-ci maddəsinə görə “təhsildə şəxsiyyətin inkişafı məqsəd olmalıdır”, qiymətləndirmə isə “təlimin məqsədinə xidmət etməli, inkişafı təşviq etməlidir”. Halbuki bu qədər ardıcıl və intensiv imtahanlarla şagirdin yalnız stressi artırılır, öyrənmə motivasiyası isə məhv edilir. Əslində hər imtahan öyrənməni yox, sadəcə sıxışdırılmış qısa müddətli yaddaş bacarığını ölçür”.

Ekspert deyir ki, bu yanaşmanın başqa fəsadları da var: 

“Daimi imtahanlarla uşaq təhsili sevmir, təlimə qarşı qorxu və narahatlıq formalaşdırır. Kreativlik sıxılır, özünü ifadə etmə bacarıqları zəifləyir, öyrənməyə maraq azalır. Şagirdlər yalnız suallara doğru cavab vermək üçün “hazırlanır”, lakin düşünmək, araşdırmaq, mübahisə etmək kimi ali kognitiv bacarıqları inkişaf etdirmir. 

Bundan başqa, bu imtahanların çoxu – “Kings”, “Koala”, “Zəfər”, “Bilbacar”, “Vebras”, “Kenquru” kimi olimpiadalar və müsabiqələr – qeyri-formal, kommersiya məqsədli tədbirlərdir. Onların çoxunda qiymətləndirmə obyektivliyi, tədris proqramına uyğunluğu şübhə altındadır. Nəticədə, bu tədbirlər həm valideynlər üçün əlavə maddi yük yaradır, həm də şagirdlərin vaxtını və enerjisini mənasız yarışlar uğrunda sərf etdirir.

Ən ciddi təhlil məsələsi isə ondan ibarətdir ki, bu qədər imtahana baxmayaraq, təhsil nəticələri yüksəlmir. Son 5 ilin statistikasına görə 9-cu və 11-ci sinif buraxılış imtahanlarında orta nəticə ölkə üzrə 54-58% arasında dəyişir. Yəni, nə qədər çox imtahan olsa da, uşaqların real bilik səviyyəsi, oxuma bacarığı və riyazi savad göstəriciləri ciddi şəkildə artmır. İmtahan sayı çoxalır, amma nəticə dəyişmir. Deməli, problem sadəcə şagirdlərdə deyil, sistemin özündədir.

Əslində doğru yanaşma təhsildə qiymətləndirməni bu qədər kəmiyyətə deyil, keyfiyyətə yönəltmək olmalıdır. İldə 1-2 əsas qiymətləndirmə, davamlı formatda isə diaqnostik təhlillər aparılmalıdır. Qiymətləndirmə şagirdin özünü inkişaf etdirməsinə, fərdi zəif və güclü tərəflərini anlamağa kömək etməlidir. Hər ay, hər həftə imtahan keçirib sadəcə statistika toplamaqla nə şagird inkişaf edir, nə də təhsil sistemi yaxşılaşır. Nə dəyişməlidir? 

İmtahanların sayı kəskin şəkildə azaldılmalı, yalnız fundamental qiymətləndirmələr saxlanılmalıdır. Buraxılış və qəbul imtahanları istisna olmaqla digər bütün yarışmalar şagirdin könüllü və maraq əsaslı iştirakına buraxılmalıdır. Məktəblər tədris prosesini imtahana yox, təlimin özünə yönəltməlidir. Şagirdlərin hər gün dərsə qiymət üçün yox, öyrənmək üçün gəlməsi təmin olunmalıdır. Əks halda biz bu yolu davam etsək, gələcək nəsillərimiz düşünən, yaradan, innovativ fərdlər yox, yalnız suallara cavab verən mexaniki düşüncəli “imtahan robotları” olacaq”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Aprel 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri