Icma.az
close
up
RU
Pozulan nikahlar və gizli qalan səbəblər

Pozulan nikahlar və gizli qalan səbəblər

Icma.az bildirir, Bakupost portalına istinadən.


Nikahların pozulması son illərin bəlasına çevrilmiş, cəmiyyəti narahat edən, son nəticəsi dağılan ailələr olan bir problemdir.

Bu, həqiqətən də, dövlətin dayaqlarını silkələyən, genofondumuza, əhalinin demoqrafik göstəricilərinə güclü təsir edən amillərdəndir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,8-dən 4,8-ə düşüb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb.

Əksər hallarda başanmalar uzun və ağrılı sürən məhkəmə çəkişmələri, maddi və mənəvi travma, ayrılıq, əsəb gərginliyi deməkdir. Doğrudur, sivil şəkildə ayrılıb öz həyatlarını müstəqil şəkildə davam etdirən cütlüklər də vardır. Təəssüf ki, belələri azlıq təşkil edir. Hətta maddi çətinlikləri olmayan ailələr belə boşanmaq fikrinə gəldikdə, mal-mülk, daşınmaz əmlak, zinət əşyaları və nəhayət övladları ilə bağlı məhkəmə çəkişmələrinə başlayırlar.

"Müasir Cəmiyyət və Qadın Hüquqları" İctimai Birliyinin təsisçisi Xanım Əhmədzadə bildirmişdir ki, təşkilatımız bu kimi problemləri nəzərə alaraq “Nikahın pozulması səbəblərinin hüquqi təhlili”  adlı layihəni  icra edir. Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Əsas məqsədimiz nikahın pozulmasının real səbəblərini hüquqi təhlil etmək, araşdırmaq və boşanmadan sonra tərəflər arasında yaranmış problemlərə hüquqi dəstək olmaqdır. Layihə çərçivəsində Bakının Hövsan, Əmircan kəndlərində maarifləndirmə tədbirləri keçirmişik, boşanma ilə bağlı hüquqi yardıma ehtiyacı olanlara dəstək olmuşuq.

Məlum olduğu kimi, boşanmalarda ən çox əziyyət çəkən tərəf uşaqlar olur. Çünki əksər hallarda hətta məhkəmə qaydasında ayrıldıqdan sonra da tərəflər bir-birinə qarşı aqressivliklərini davam etdirirlər. Ata çalışır ki, alimenti ödəməkdən yayınsın, ana da qarşılığında uşaqları ataya göstərməməyə cəhd edir. Nəticədə uşaqlar həm valideynlə görüşmək hüququndan, həm də normal maddi vəziyyətdə yaşamaqdan məhrum olurlar.

Nikahın pozulması ilə bağlı məhkəmədə iddia qaldıranların çoxu isə, “xasiyyətimiz tutmur”-deyirlər. Amma bu bəhanənin içində gizli saxlanılan, boşanmaya gətirib çıxaran çoxlu sayda deyilməyən səbəblər var.

Görüşdüyümüz, bizə boşanma ilə bağlı müraciət edənlərin əksəriyyəti problemlərinin kökündə maddi çətinliklərin, işsizliyin, zərərli vərdişlərin, kənar müdaxilələrin dayandığını bildirirlər. Hansı təhsiliniz var, hansısa sənət və ya ixtisas sahibisinizmi suallarına isə - “yoxdur” – cavabını verirlər.

Gəlin, etiraf edək, bu gün işəgötürənlər bakalavr təhsili olanla müqayisədə magist pilləsini bitirmiş mütəxəssisə daha çox üstünlük verir. Öz gücünə, imkanlarına güvənənlərin peşəsinə, təhsilinə, təcrübəsinə uyğun bir iş tapması elə də asan deyil. Heç bir təhsili, sənəti, peşəsi olmayanların iş tapması əlbəttə ki, çətin olacaq. O səbəbdən belə nəticəyə gəlirəm ki, nikahın pozulmasının əsas səbələrindən biri də, təhsilsizlikdir, bir peşəyə, sənətə yiyələnməməkdir.

Təbii ki, boşanan cütlüklərin hər kəsdən gizlətdikləri, bildirmədikləri ailədaxili münaiqşələri və səbəbləri həddən artıq çoxdur. Amma ailə dövlətin dayağı olduğu kimi, təhsil də ailənin möhkəmliyinə xidmət edən bir dayaqdır.

Azər, BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:362
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 03 Noyabr 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri