“Bavariya” səfərdə Çempionlar Liqasının ötənilki qalibini məğlub edib VİDEO
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Çempionlar Liqasının dördüncü turunda PSJ “Bavariya”nı qəbul edib.
İdman.Biz bildirir ki, oyun Parisdəki “Park de Prens” stadionunda oynanılıb.
Matç qonaqların 2-1 hesablı qələbəsi ilə başa çatıb.
“Bavariya”nın kolumbiyalı yarımmüdafiəçisi Luis Dias oyunun ilk qolunu dördüncü dəqiqədə vurub. O, ikinci qolunu 32-ci dəqiqədə vurub, lakin əlavə vaxtda sərt hərəkətə görə meydandan qovulub. 74-cü dəqiqədə ev sahiblərinin portuqaliyalı yarımmüdafiəçisi Joao Neveş oyunun yekun hesabını müəyyən edən qolu vurub.
Bu matçdan sonra “Bavariya” liqanın turnir cədvəlinə 12 xalla başçılıq edir.
Növbəti turda PSJ “Tottenhem”lə qarşılaşacaq. “Bavariya” səfərdə “Arsenal”la oynayacaq. Hər iki oyun 26 noyabrda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 05 Noyabr 2025 02:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















