Icma.az
close
up
RU
Bu qərar kirayə qiymətlərini artıracaq? Əmlak ekspertindən AÇIQLAMA

Bu qərar kirayə qiymətlərini artıracaq? Əmlak ekspertindən AÇIQLAMA

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Bakı metrosunda “28 May-Nizami” xəttinin müvəqqəti bağlanması təkcə nəqliyyata deyil, kirayə mənzil bazarına da təsir edə bilər. Metroya yaxın yaşamağı üstün tutan tələbələr və işə gedib-gələnlər artıq alternativ ərazilərə yönələ bilərlər. Bu isə bəzi rayonlarda kirayə mənzillərə tələbatın və qiymətlərin artmasına səbəb ola bilər. 

Digər tərəfdən, bağlanan xəttin ətrafındakı mənzillərə marağın müvəqqəti azalacağı da istisna edilmir. Metro xəttinin bağlanması kirayə qiymətlərini artıracaq?

Mövzu ilə bağlı “AzPolitika”ya danışan əmlak məsələləri üzrə ekspert Anar Nəsirov bildirib ki, 2019-cu ildən etibarən Bakı şəhərinin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş Plan çərçivəsində istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə cavab verən yaşayış binaları və komplekslərin tikintisi istiqamətində pilot layihələr həyata keçirilir.

Onun sözlərinə görə, söküntü aparılan ərazilərdə yaşayan vətəndaşlar tikinti şirkətləri tərəfindən yeni bina istifadəyə verilənədək kirayə mənzillərlə təmin edilir: “Yeni bina tikildikdən sonra həmin şəxslər kirayə mənzillərdən çıxaraq əvvəlki mənzillərinin yerində inşa edilmiş yeni mənzillərə köçürülürlər. Bir binanın tikintisi təxminən iki il yarım-üç il çəkir. Bu müddət ərzində bir bina söküldükdə, orta hesabla 100-120 ailə kirayə mənzillə təmin edilir. Həmin mənzillər isə iki il yarım, üç il ərzində kirayə bazarına qayıtmır. Bu baxımdan, 2019-cu ildən etibarən hər il kirayə mənzillərə tələbat artır və bunun nəticəsində qiymətlərdə də artım müşahidə olunur.

A.Nəsirov qeyd edib ki, daşınmaz əmlak bazarında, o cümlədən kirayə bazarında qiymətlər əsasən tələb və təklif nisbəti əsasında formalaşır. Tələbatın artması qiymətlərin yüksəlməsinə, təklifin çoxalması isə bazarda rəqabətin güclənməsinə və qiymətlərin aşağı düşməsinə səbəb olur: “Son illərdə söküntülərin genişlənməsi nəticəsində kirayə bazarından müəyyən sayda mənzilin çıxarılması təklifin azalmasına, eyni zamanda tələbatın artmasına səbəb olub. Bu isə öz növbəsində kirayə qiymətlərinin yüksəlməsinə təsir göstərib.

2026-cı ildə də yeni dərs ilinin başlaması ilə əlaqədar kirayə mənzil bazarında tələbatın artacağı gözlənilir. Yay aylarında istirahət üçün bölgələrə gedən tələbələrin Bakıya qayıtması ilə yanaşı, bu il ali məktəblərə yeni qəbul olunan tələbələrin də paytaxta gəlməsi kirayə mənzillərə tələbatı artıracaq.

Avqust və sentyabr ayları hər il tələbələrin kirayə bazarına daha çox üz tutduğu dövrə təsadüf edir. Həm əvvəlki illərdə Bakıda təhsil alan və yay tətilindən sonra şəhərə qayıdan tələbələr, həm də yeni qəbul olunan tələbələr kirayə mənzil axtarışına başlayırlar. Bu da bazarda tələbatı əhəmiyyətli dərəcədə artırır”.

Ekspert vurğulayıb ki, tələbatın artdığı, lakin təklifin məhdud olduğu şəraitdə qiymət artımı qaçılmazdır. Bu səbəbdən avqust-sentyabr aylarında kirayə mənzillərin qiymətlərində hər il artım müşahidə olunur: “2019-cu ildən başlayaraq söküntülərin artması fonunda kirayə bazarında təkrar təklif olunan mənzillərin sayı da azalıb. Xüsusilə münasib qiymətə mənzillərin bazardan çıxması tələbələr üçün seçim imkanlarını məhdudlaşdırır. Tələbələr əsasən köhnə binalara və həyət evlərinə üstünlük verirlər. Bunun əsas səbəbi həmin mənzillərin yeni tikililərlə müqayisədə daha münasib qiymətə təklif olunmasıdır. Lakin köhnə binaların və həyət evlərinin də söküntüyə cəlb edilməsi nəticəsində bu kateqoriyaya aid kirayə mənzillərin sayı azalır. Təklifin azalması isə daha aşağı qiymət seqmentində kirayə haqlarının artmasına gətirib çıxarır”.

Ekspert hesab edir ki, metro stansiyaları arasında yaranan fasilələrin kirayə bazarına müəyyən təsiri olsa da, əsas amil bu deyil: “Qiymətlərə daha ciddi təsir göstərən amil yeni dərs ilinin başlanması ilə əlaqədar tələbələrin Bakıda kirayə mənzil axtarışına çıxmasıdır.

Bir sözlə, hər il olduğu kimi, bu il də yeni dərs ilinin başlaması ilə əlaqədar kirayə mənzillərə tələbat artacaq. Kirayə verilən mənzillərin sayı az, kirayə götürmək istəyənlərin sayı çox olduqda isə qiymət artımı yaranır”.

Oğuz Ayvaz 

"AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Avqust 2026 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri