Icma.az
close
up
RU
Bu qidalar böyrəkləri məhv edir

Bu qidalar böyrəkləri məhv edir

Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.

Böyrəklər orqanizmdə ifrazat funksiyasını yerinə yetirir, qandan artıq maye və həll olunmuş maddələri çıxarır. Buna görə də qidalanma onların sağlamlığına birbaşa təsir göstərir. Elə qidalar var ki, onlar zahirən sağlam görünsə də, həddindən artıq istehlak edildikdə böyrək funksiyasına zərər verə bilər.

Mütəxəssislər bildirir ki, böyrək patologiyalarınız varsa, tərkibində oksalat olan qidaları istisna etmək lazımdır. Bunlara ispanaq, qoz-fındıq, kartof qızartması, çips, turşəng, çuğundur, kəpək və şokolad daxildir. Həmçinin yüksək kalium tərkibinə görə avokado istehlakını məhdudlaşdırmaq tövsiyə edilir. Kalium, şübhəsiz, orqanizm üçün vacibdir. O su balansını, turşu-qələvi balansını və ürəyin normal fəaliyyətini qoruyur. Lakin onun artıqlığı nəbzin yavaşlaması, ürəkbulanma və zəiflik hissi ilə özünü göstərən hiperkalemiya ilə nəticələnir.

Bundan əlavə, həkimlər alkaloidləri ( tərkibində azot olan əsasi xassəli, adətən, bitki mənşəli üzvi maddələr) olan içkilərdən sui-istifadə etməməyə çağırır: qəhvə, güclü çay, kola və başqaları. Müntəzəm olaraq istehlak edildikdə, böyrək daşlarının meydana gəlməsinə imkan yaradır. Optimal olaraq gündə bir və ya iki fincandan çox qəhvə içmək olmaz. Süd məhsulları, kalsium mənbəyi kimi faydaları olsa da, qədərindən çox qəbulu sidikdə kalsiumun miqdarını artırır, bu da urolitiyazın inkişaf riskini artırır.

Duz balansına da diqqət yetirilməlidir. Doymuş yağlar və xolesterol ilə zəngin olan kərə yağının da həddindən artıq istehlakına qarşı xəbərdarlıq edilir. Ət və qaraciyər kimi purinlərlə zəngin qidaları istehlak edərkən aşırıya qaçmaq olmaz. Sözügedən birləşmələr sidik turşusunun əmələ gəlməsini stimullaşdırır, bu da böyrəklərin həddindən artıq yüklənmə altında işləməsinə səbəb olur.

Həmçinin, heyvan zülalının çox olması böyrəklərdə daşlar əmələ gətirir, oynaqlarda sidik turşusunun toplanması artriti inkişaf etdirir.

Zərintac Mayisqızı
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://missiya.az
archiveBu xəbər 11 Aprel 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri