Icma.az
close
up
RU
Bu qidalar kiflənsə də, yeyilə bilər Hansılar təhlükəsizdir?

Bu qidalar kiflənsə də, yeyilə bilər Hansılar təhlükəsizdir?

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Adətən, qida məhsullarında yaranan kif sağlamlıq üçün təhlükəli hesab olunur. Bu mikroorqanizmlər zərərli maddələr ifraz edərək orqanizmdə zəhərlənmələrə, allergiyalara və hətta xroniki xəstəliklərə yol aça bilər. Lakin bəzi istisna hallarda kif qidanın tərkibinə mənfi təsir göstərmir və o, istifadəyə yararlı qalır.

Yenisabah.az kif düşsə də, atılmalı olmayan qidaları təqdim edir:

Bərk pendirlər (Parmezan, Holland, Çedar və s.):

Əgər pendirin səthində kif yaranıbsa, kiflənmiş hissə 1-2 santimetr dərinlikdə kəsilərək atılmalı, qalan hissə isə rahatlıqla istifadə oluna bilər. Bu, yalnız bərk pendirlərə aiddir.

Kiflənmiş şəkildə yetişdirilən pendirlər (Rokfor, Bri, Kamamber):

Bu cür pendirlərin tərkibində xüsusi növ kif göbələkləri istifadə olunur və onlar zərərsizdir. Həmin pendirlərin üzərindəki və daxilindəki kif istehlak üçün tam uyğundur.

Qurudulmuş ət məhsulları (kolbasa, salyami və s.):

Bəzi qurudulmuş ət məhsullarının səthində yaranan ağ rəngli kif qoruyucu qat kimi çıxış edir. Onlar məhsulun xarab olmasının qarşısını alır və yeyilməsi təhlükəli sayılmır.

Nə vaxt diqqətli olmaq lazımdır?

Bəzi qidalar var ki, üzərində kif görüldükdə mütləq atılmalıdır. Yumşaq pendirlər, qatıq, souslar, mürəbbə və bişmiş yeməklər bu qrupdadır. Bu məhsullarda kif yalnız səthdə deyil, dərinliklərə də sirayət edir. Görünən hissəni kəsməklə kifdən tam xilas olmaq mümkün deyil. Bu isə sağlamlıq üçün ciddi təhlükə yarada bilər. Belə hallarda həmin qidanı tam şəkildə tullamaq ən doğru seçimdir.

Əsmətxanım Rzazadə


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 28 İyun 2025 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see335

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see297

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see288

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see287

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see279

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see273

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see269

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see259

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see248

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see238

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see236

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see231

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see227

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see211

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see210

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see202

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see200

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see189

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri