Bu qız Trampın mətbuat katibi oldu
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-nin yeni prezidenti Donald Tramp Ağ Evin mətbuat katibi vəzifəsinə Kerolayn Livittin təyin olunduğunu açıqlayıb.
“Qafqazinfo” “NBC News”a istinadən xəbər verir ki, bu barədə Respublikaçılar Partiyasının keçid komandasının bəyanatında deyilir.
Bu təyinatla 27 yaşlı Livitt ABŞ tarixində Ağ Evin mətbuat katibi vəzifəsinə gətirilən ən gənc şəxs olub.
Qeyd edək ki, Kerolayn son seçkilərdə Trampın seçki kampaniyasının sözçüsü və əvvəlki administrasiyasında mətbuat katibinin köməkçisi vəzifəsində çalışıb.
Trampın müşavirlərinin dediyinə görə, Livitt müsahibələrində onu müdafiə etməsi ilə Trampın diqqətini çəkib.


Baxış sayı:122
Bu xəbər 16 Noyabr 2024 05:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















