Icma.az
close
up
RU
Bu qrupda 10 11 min nəfər plan yerindən kənarda qala bilər Elçin Əfəndi

Bu qrupda 10 11 min nəfər plan yerindən kənarda qala bilər Elçin Əfəndi

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

"1-ci və 4-cü ixtisas qrupları üçün birinci cəhdlə müqayisədə ikinci cəhdin nəticələrinin daha yüksək olacağı gözlənilir. Hər il olduğu kimi, ikinci cəhddə abituriyentlər daha uğurlu olur və nəticələrini yaxşılaşdırmağı bacarırlar".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi 1-ci və 4-cü ixtisas qruplarının bu həftəsonu keçiriləcək ikinci cəhd imtahanından danışarkən bildirdi.

"Ümumiyyətlə, birinci və ikinci cəhddə abituriyentlərin sayı keçən ilə nisbətən çoxdur. Buna müvafiq olaraq plan yerlərində isə artım yoxdur. Məsələn, 1-ci qrupda plan yerindən kənarda 10-11 min nəfər qala bilər. 4-cü qrupda isə 2 min nəfərdən çox abituriyentin kənarda qalma ehtimalı var. Ona görə də abituriyentlər imtahanda və ixtisas seçimində diqqətli olmalıdırlar.

Qaldı ki, sualların asan və ya çətin olması məsələsinə, düşünürəm ki, suallar əlçatan olacaq. Uşaqlar bu imtahana ciddi hazırlaşırlar. İkinci və üçüncü qruplarla müqayisədə, onların hazırlıq müddəti daha çoxdur" - deyən ekspertin fikrincə, nəticələrin yaxşılaşması mümkündür:

"Hazırkı vəziyyətdə 34 200 abituriyent imtahanda iştirak edəcək. Onlardan 24 059 nəfər 1-ci ixtisas qrupuna, 5634 nəfər isə 4-cü ixtisas qrupuna daxildir. TC alt qrupu ilə imtahan verənlərin sayı isə ümumilikdə 4535 nəfərdir. Bu istiqamətdə də imtahan verən şagirdlərin coğrafiya nəticələrinin yaxşılaşması ehtimal olunur. Qeyd etmək istəyirəm ki, keçən illə müqayisədə bu il ikinci cəhdə imtahan verənlərin sayı daha çoxdur".

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 İyul 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see600

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see287

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see236

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see213

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see205

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see167

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri