Icma.az
close
up
RU
Elçin Əfəndi: 30 şagirdli məktəblər birləşdirilməlidir AKTUAL

Elçin Əfəndi: 30 şagirdli məktəblər birləşdirilməlidir AKTUAL

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Şagird sayının azalmasının əsas səbəbi ailələrdə uşaq sayının azlığıdır”

“Hər şagird üçün 8500 manat xərclənir, amma bəzi məktəblərdə nəticə yoxdur” 

Elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2026-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi qeyd edib ki, orta məktəblərdə ixtisarlar yəqin ki, davam edəcək: “Bunu ixtisar yox, səmərəlillik adlandırardım. Çünki biz düşünürük ki, 5 şagirdi olan məktəbdə keyfiyyətli təhsil mümkün deyil. Bir sinfin dövlət büdcəsi üçün xərc nisbəti 20-25 min manat arasında dəyişir.

O uşaqları başqa bir məktəbdə tədrisə cəlb edə bilərik”. Nazir deputatların məcburi köçkün məktəblərinin bağlanması barədə narahatlığına da münasibət bildirib. O, azad edilmiş ərazilərdə açılan məktəbləri vurğulayıb: “Məcburi köçkün məktəbləri bağlanmır, başqa bir yerdə yenidən fəaliyyət göstərməyə başlayır. Yəni ümumi iş sayı artır ki, azalmır”.

Qeyd edək ki, şagird, sinif sayı az olan məktəblərin komplektləşdirilməsinin zəruriliyi barədə E.Əmrullayev bundan əvvəl də bildirmişdi ki, 4400 məktəbin təxminən 1500-də şagird sayı 100-dən azdır. Bu o deməkdir ki, sinifdə 7-8 şagird var. Məsələn, məktəbdə 1 dənə 6-cı, 7-ci, 8-ci sinif varsa, bu o deməkdir ki, o məktəbdə 7-8 saat kimya dərsi var. Çünki sinif yoxdur. Önəmli məsələ müəllimin keyfiyyətidir. Sinifdə 1 uşaq olanda da, 30 uşaq olanda da dövlət 25 min manat pul xərcləyir. Bir uşağa o vaxt 25 min manat xərcləmək olar ki, orada nəticə var. Bizim belə 4 şagirdi, 4 sinfi, 32 müəllimi olan məktəblərimiz çoxdur: “Uzun sözün qısası, rasionallaşmaya ehtiyac var, ağrılı proses olsa da, biz buna getməliyik”.

Təhsil problemləri üzrə mütəxəssis Elçin Əfəndi Sherg.az-a açıqlamasında qeyd etdi ki, 4400-dən çox orta təhsil müəssisəsində 1 milyon 600 min şagird təhsil alır, bölgələr üzrə, respublikanın müxtəlif ucqar yerlərində isə şagird sayı olduqca azdır. Elə məktəblər var, hətta ümumi şagird sayı 30-a çatmır. Belə olduğu halda, əlbəttə, tədbir alınmalıdır. 44 kənd məktəbində ümumilikdə 20-30 şagird təhsil alırsa, onları vahid məktəbdə birləşdirmək olar: 

- Təbii ki, ilk növbədə nəqliyyat məsələsini həll etmək, məktəb servisi təşkil etməklə. Çünki kəndlər, məktəblər bir-birindən xeyli aralı məsafədə ola bilir, bu halda şagirdlərin uzaq məsafələrə məktəbə gedib-gəlməsi problem yaradır. Amma nəqliyyat məsələsi, yol infrastrukturu düzələrsə, şagirdləri aparıb-gətirəcək avtobuslar olarsa, məktəbləri birləşdirmək mümkündür. Vahid məktəb də 150 şagirdin təhsil ala biləcəyi imkanlara sahib olmalıdır. Sinif otaqlarının sayı çox, hər bir şəraiti olmalıdır. Bu halda, bəli, bir neçə məktəb vahid bir məktəbdə birləşdirilə bilər.  

Ekspert son illərdə şagird sayı azlığının başqa səbəblərdən qaynaqlandığını da dedi: 

- Bunu məktəbdən yayınma halları ilə əlaqələndirə bilmərik. Çünki son illərdə bu tendensiya xeyli azalıb. İstisna hallar da çoxluq təşkil etmir. Hesab edirəm ki, səbəb ümumiyyətlə ailələrdə uşaq sayının azlığıdır. Əvvəllər ailələr minimum 3-4 uşaqlı idisə, indi bu say 1-2-dir. Şagird sayının azlığına gətirib çıxaran amil yeni doğulanların sayının azalmasıdır. Bu da nəticədə şagird sayının azlığına gətirib çıxarır. 10 il əvvəl şagird sayı 150-130 min idisə, indi azalma müşahidə edilir. Bu şəraitdə rasionallaşma aparılmalıdır. Biz adambaşına maliyyələşməyə keçirik. Bir şagird üçün çəkilən xərc 8500 civarındadırsa və müəllim məktəbə 2 şagirdə dərs deməkdən ötrü gedirsə, dövlət ona əmək haqqı ayırır, şagirdin təhsilinə də vəsait ayrılır. Uğurlu nəticə isə yoxdur. Bəzən şagird IX sinifdə məktəbdən çıxır. Ümumtəhsil bazasından peşə məktəblərinə gedənlər də olur. Belədə dövlətdən orta təhsilə ayrılan vəsait təyinatı üzrə sərf olunmur. Əgər dövlət xərc çəkirsə, bu yatırım dəyərləndirilməlidir. Bunun üçün də az şagird sayı olan məktəblər birləşdirilə bilər. Amma yaxın ərazidə olanları birləşdirmək lazımdır ki, bir neçə məntəqədən gələn uşaqlar vahid məntəqəyə gələ bilsin. Təhsilin müxtəlif pillələrində təhsil alanlarınsa eyni sinifdə təhsilə cəlb edilməsi doğru olmaz. 45 dəqiqəlik dərs saatını müəllim necə bölüşdürəcək, 20 dəqiqəni IV sinif şagirdlərinə ayıracaq, 25 dəqiqəni V sinif şagirdinə? Bu siniflərin tədris proqramı fərqlidir, onlar eyni sinifdə, eyni saat daxilində dərs keçə bilməz. Eyni təhsil pilləsində və eyni tədris proqramı üzrə təhsil alanlara eyni vaxtda dərs keçmək olar. Rasionallaşma zamanı bütün bu vacib məqamlar nəzərə alınmalıdır. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Noyabr 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see405

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see401

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see393

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see268

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see266

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see245

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see220

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see180

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri