Icma.az
close
up
RU
Bu qruplarda az bal toplayanlar da ödənişsiz təhsil alır

Bu qruplarda az bal toplayanlar da ödənişsiz təhsil alır

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu il də minlərlə abituriyent ali məktəbə qəbul olunmaq məqsədilə buraxılış və qəbul imtahanlarında iştirak edib. 2-9 mart tarixlərində keçirilən buraxılış imtahanları ilə yanaşı, müxtəlif ixtisas qrupları üzrə birinci cəhd qəbul imtahanları da yekunlaşıb. Hazırda I, II, III və IV qruplar üzrə ikinci cəhd imtahanlarına hazırlıq mərhələsi davam edir.

Builki imtahan nəticələrində bütün ixtisas qrupları üzrə maksimum bal toplayan abituriyent qeydə alınmayıb. Keçən illə müqayisədə isə nəticələrdə ciddi fərq müşahidə olunmur. Bu onu göstərir ki, qəbul zamanı ixtisas seçimi mərhələsində də ötən illərdəki kimi rəqabət olacaq.

Hər il yüksək bal toplayan bəzi abituriyentlər düzgün ixtisas seçimi etmədiklərinə görə ya topladıqları baldan qat-qat aşağı ixtisaslara qəbul olunurlar, ya da yüksək balla ödənişli əsaslarla təhsil almağa məcbur qalırlar. 

Modern.az 2024-cü ildə ali təhsil müəssisələrinə dövlət sifarişi və ödənişli təhsil üzrə qəbul olunan abituriyentlərin imtahan ballarının paylanmasını araşdırıb. 

Dövlət İmtahan Mərkəzinin hesabatından əldə etdiyimiz məlumata görə, I qrupda 600-700 bal toplayanların 78,82 faizi dövlət sifarişli, 21,18 faizi isə ödənişli əsaslarda təhsil alır. 500-600 bal toplayanlar arasında isə dövlət sifarişli yerlərdə oxuyanlar daha çoxdur. Belə ki, ixtisas seçimində bu göstəriciyə sahib abituryentlərin 96,46 faizinin təhsill haqqı dövlət hesabına ödənilir. 2024-cü il göstəricilərinə görə, bu qrupu seçən abituryentlər 500-dən az bal topladıqda belə, böyük hissəsi dövlət hesabına təhsil alır. Belə ki, birinci qrupda 77,44 faiz tələbə adını qazananlar pulsuz, 22,56 faiz tələbə isə pullu təhsil alıb. 

II qrupda da 500-600 bal toplayaraq övlət sifarişli əsaslarla universitetə daxil olanlar da 600 baladək nəticə göstərənlərdən daha çox olub. Ümumilikdə 600–700 bal toplayanların 82,14 faizi ödənişsiz oxuduğu halda, 500-600 bal toplayanlar arasında bu göstərici 93,70 faizdir. II qrupda 500-dən az bal toplayanların yarıdan çoxu isə ödənişli əsaslarda oxuyur. Bu abituriyentlərin 35,58 faizi dövlət sifarişli oxuduğu halda, 64,42 faizi ödənişli əsaslarda təhsil alır. 

III qrupda isə vəziyyət bir qədər fərqlidir. Ballara görə ödənişli və dövlət hesabına oxuyanlar arasında ciddi fərqlər müşahidə olunur. 2024-cü ildə 600-700 bal toplayanlar arasında 98,75 faiz tələbə adını qazananların təhsil haqları dövlət tərəfindən ödənilib, 500-600 bal toplayanlarda isə bu göstərici 77,79 faiz olub. III qrupda 500-dən az bal toplayanların böyük hissəsi - 84,85 faizi isə ödənişli əsaslarda təhsil alır, onların sadəcə 15,15 faizi dövlət hesabına ayrılmış boş yerlərə düşə bilib. 

IV qrupda isə bütün ballar üzrə dövlət sifarişli yerlərdə oxuyanların sayı daha çoxdur. Statistika göstərir ki, 600-dən yüksək bal toplayanların 99,67 faizi dövlət hesabına ayrılan yerlərdə təhsil alır. Bu göstərici 500 - 600 bal toplayanlar arasında 91,01 faiz, 500 dən az bal toplayanlar arasında isə 62,74 faiz təşkil edir. 

Qeyd edək ki, qruplar üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslar bu hesabatda göstərilməyib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 İyul 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri