Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT
Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Əmanətlərin Sığortalanması Fondunun ləğvetmə prosesini apardığı banklarla bağlı fəaliyyəti vətəndaşın narazılığına səbəb olub.
“Yeni Sabah” xəbər verir ki, "Facebook"dakı "Müştəriyəm, şikayətim var" qrupunda Orxan Məmmədov adlı vətəndaş qurumun əsassız borc tələb etdiyini iddia edərək müraciət paylaşıb:
"Şikayətim Əmanətlərin Sığortalanması Fondundandır. İki il əvvəl ipoteka kreditini tam bağlamağımıza, bank qarşısında heç bir öhdəliyimizin qalmamasına baxmayaraq, bu qurum adımıza əlavə əsası və təyinatı olmayan 250 manat "borc" yazıb. Həm də 10 il əvvəl lisenziyası ləğv olunmuş "Zamin Bank"ın adı ilə. İndi istehlak krediti götürmək istədikdə ipoteka krediti aktiv görünür. 250 manat pul ödəməlisən ki, adın Mərkəzi Kredit Reyestrində (MKR) təmiz görünsün. Əslində, tamamilə bağlanmış ipoteka krediti üçün ləğv olunmuş bank adından təyinatı olmayan pul tələb etmək dələduzluqdur!" pizza hut
Paylaşım sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə yol açıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:420
Bu xəbər 24 Sentyabr 2026 09:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















