Borc qarşılığında şantaj? Şikayət
Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Facebook"da anonim bir istifadəçi borc aldığı şəxsin şantajı ilə üzləşdiyini iddia edib.
“Yeni Sabah” xəbər verir ki, o, əvvəllər bir nəfərdən 19 min manat borc alaraq mediasiya qaydasında bir il müddətinə qaytarmaq öhdəliyi götürüb.
Hər həftə müntəzəm olaraq 250-300 manat ödəniş edən vətəndaş son 1240 manatı da ödəyərək öhdəliyini tam yerinə yetirdiyini, hətta 780 manat artıq ödəniş etdiyini bildirib. Marqarita pizza
Şikayətçi qeyd edib ki, son ödəniş zamanı şahidlərin yanında qarşı tərəf mediasiya sənədini cıraraq borcun qalmadığını bəyan edib. Lakin həmin sonradan mediasiya təşkilatında sənədin əslinin (kökünün) qaldığını bəhanə edərək vətəndaşı həbs etdirəcəyi ilə hədələməyə və şantaj etməyə başlayıb.
Borcun faizlə verildiyini və ödənişlərin həm nağd, həm də bank kartı vasitəsilə həyata keçirildiyini vurğulayan zərərçəkən hüquqşünaslardan və aidiyyəti qurumlardan yaranmış vəziyyətlə bağlı hüquqi yardım istəyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 06 Oktyabr 2026 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















