Bakıdan bölgələrə qayıdış olacaq? Deputatdan AÇIQLAMA
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bildiyimiz kimi, Bakıda yaranan tıxacların səbəblərindən biri də bölgələrdən paytaxta gələn vətəndaşların sayının artması ilə əlaqələndirilir.
Bəs bölgələrdə yaşayan vətəndaşlara hansı imkanlar yaradılmalıdır ki, onlar yenidən regionlara qayıtsınlar?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, Prezident İlham Əliyevin Dağ-Mədən və Metallurgiya Sənayesinin inkişafına dair Dövlət Proqramı ilə bağlı keçirilən müşavirədə müzakirə edilən məsələlərdən biri də yeni iş yerlərinin yaradılması və bu istiqamətdə tapşırıqların verilməsi ilə bağlı oldu:
"Çünki yeni dövlət proqramının icrası nəticədə daha çox iş yerinin yaradılmasına imkan verəcək. Xüsusən də bölgələrimizdə yaradılan iş yerlərinin sayında artımların olacağı gözlənilir. Bu baxımdan, urbanizasiya prosesinin, xüsusilə qarşısının alınması baxımından ən vacib məqamlardan biri ixtisaslı kadrların işlə təmin olunmasıdır. İxtisaslı kadrların işlə təminatı nəticə etibarilə urbanizasiya prosesinin səngiməsinə və bölgələrdə vətəndaşlarımızın işlə təmin olunmasına, bu da təbii olaraq bölgələrdə yaşayan vətəndaşlarımızın sayının artmasına gətirib çıxara bilər. Bu kontekstdə yeni dövlət proqramları da bölgələrdə yeni iş yerlərinin yaradılmasına imkan verəcək. Nəzərə alsaq ki, yalnız sözügedən dövlət proqramı çərçivəsində 5 minə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur, bu da nəticədə həmin vətəndaşlarımızın işlə təmin olunmasına və bölgələrdə yaşayanların sayına birbaşa təsir göstərəcək. Çünki yeni yaradılan iş yerlərinin əhəmiyyətli hissəsi ixtisaslı kadrlar üçün nəzərdə tutulacaq və onların çox hissəsi də bölgələrin payına düşəcək. Bu da, təbii ki, regionların sosial-iqtisadi inkişafını dəstəkləməyə imkan verəcək".
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 24 Sentyabr 2026 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















