Bu rayonlarda yüzlərlə ailə öz biznesini açdı
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd rayonları üzrə daha bir qrup şəxsə proqram çərçivəsində “Kiçik dərzi sexi”, “Qadın gözəllik salonu”, “Avtoelektrik xidmətləri”, “Avtotəmizləmə xidmətləri”, “Broyler inkubatoru”, “Poliqrafiya xidmətləri” və “Özünəxidmət avtoyuma” zərfləri üzrə avadanlıqlar təqdim edilib.
Bu barədə Globalinfo.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, verilmiş aktivlər hesabına onlar kiçik ailə bizneslərini yaradıblar.
“Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. Onlar özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini bildiriblər.
Qeyd edək ki, Böyük Qayıdış proqramı üzrə doğma yurdlarına köçürülmüş sakinlərdən artıq 818 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində ailə təsərrüfatları qurulub”, – məlumatda vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 21 Aprel 2026 18:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















