Icma.az
close
up
RU
“Bu, rəhbərliyə aid olan bir məsələdi”

“Bu, rəhbərliyə aid olan bir məsələdi”

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Ölkə çempionatını 3-cü yerdə başa vuraraq Konfrans Liqasına vəsiqə qazanan, lakin UEFA-nın iyunun 2-də verdiyi qərarla turnirdən uzaqlaşdırılan "Turan Tovuz" iyunun 14-də başlayan Türkiyə toplanışını da yarımçıq qoyub, vətənə döndü.

Klubun taleyi aydındı, amma bu klubla müqavilə müddəti bitən gələcəyi bilinməyən futbolçular var ki, onlardan biri də Ayxan Hüseynovdu.
Tovuzluların yarımmüdafiəçisi “Futbol+”lə söhbətdə transfer təklifləri və yığmanın son oyunları haqda danışdı.
- "Turan Tovuz"la müqavilənin müddəti başa çatır. Klubla müddətin uzadılmasıyla bağlı danışıqlarınız olubmu?
- Bu barədə danışıqları agentim aparır. Amma hələ ki “Turan Tovuz"la bu haqda danışığımız olmayıb.
- Yaxşı, onda başqa klublardan təklif varmı?
- Hazırda danışıq apardığımız klublar var. Bunlardan üçü xarici klubdu - biri Almaniya, biri Türkiyə, digəri isə ərəb ölkəsi çempionatında çıxış edir. Almaniya və Türkiyədən olan klublar aşağı liqa təmsilçiləridi.
- "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırılması haqda nə düşünürsən?
- UEFA belə qərar verdi. Bununla bağlı deyə biləcəyim bir şey yoxdu.
- Bəs "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırılmasının günahkarı kimdi?
- Bu, rəhbərliyə aid olan bir məsələdi. Biz komanda olaraq, Konfrans Liqasına vəsiqə qazanmaq üçün əlimizdən gələni etdik və bunu bacardıq. Təəssüf ki, orda oynamaq qismət olmadı.
- Yığmanın heyətində Malta və San Marino ilə oyunlarda iştirak etdin. Maltaya qalib gələ bilməməyinizin səbəbi nə idi?
- Hər iki oyunda bir qədər bəxtimiz gətirmədi. Biz onlardan qat-qat çox təhlükəli vəziyyət yaratdıq. Amma qalib gələn tərəf Malta oldu. Buna baxmayaraq, komandada hər kəs həvəsli, istəklidi. Düşünürəm ki, Ayxan Abbasovun rəhbərliyi altında yığmamız daha da güclü olacaq və uğurlu nəticələr əldə edəcək. Yeni futbolçular var ki, biz millidə ilk dəfə birlikdə oynamağa başlamışıq. Özümün də əsas milliyə ikinci dəvətimdi. Daha öncə 15 yaşlılardan ibarət yığmada oynamışam. Əsas milliyə "FİFA Series"in oyunları üçün çağrılmışdım. Bu toplanışda yenidən dəvət aldım. Heyətə yeni cəlb olunan çoxlu futbolçu var. Tədricən hər şey qaydasına düşəcək.
- San Marino ilə oyunda gözləntilər böyükhesablı qələbə idi. Lakin San Marinonun sonda tirdən dönən topu qol olsaydı, oyun hətta bərabərliklə yekunlaşacaqdı. Millinin oyununda nə çatışmır ki, hətta asan rəqiblərə qarşı belə çətinlik çəkir?
- Artıq Avropa yığmaları arasında asan rəqib yoxdu. Onlar reytinq cədvəlində arxada olsalar da, heyətindəki futbolçular klublarında daim şans qazanan oyunçulardı. 10 il əvvəl San Marino millisi zəif idi. Hazırda onların heyətində "Sassuolo"da oynayan oyunçu var. Maltanın "Standard"da, "Syon"da çıxış edən futbolçuları var. Biz matçda son nöqtəni qoymaqda bir qədər çətinlik çəkirdik. Önəmli olan epizodları yaratmağı bacarmağımızdı. Baş məşqçimiz də bildirdi ki, təhlükəli hücumlar qururuq, amma nöqtəni də qoymaq lazımdı. Zamanla o da düzələcək. Yoxlama oyunlarında fərqli tapşırıqları yerinə yetirməyə çalışdıq. Ən önəmlisi qarşıdan gələn milli toplanışdı. Orda yaxşı nəticələr qazanmağa çalışacağıq.
- DÇ-2026-da hansı milliyə azarkeşlik edirsən? Mundialla bağlı nə düşünürsən?
- İspanların oyununu çox sevirəm, onlara azarkeşlik edirəm. Futbol əvvəl daha maraqlı idi. Əvvəllər daha çox futbolçu klublarında ön plana çıxıb, sonra milliyə gedəndə daha maraqlı oyunlar bizi gözləyirdi. İndi isə mənzərə fərqlidi. Komanda yoldaşım Roderik Miller də mundialdadı. Panama millisinin oyunlarını da həvəslə gözləyirəm.
- Miller dünya çempionatına yollanandan sonra söhbətiniz olubmu?
- Miller ilə mənim agentim eynidi. Dünya çempionatına yollanmamış danışmışıq. Sevincinin həddi-hüdudu yox idi. Orda iştirak bir futbolçunun karyerasında ən zirvə nöqtəsidi.
MURAD ABDULLAZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 İyun 2026 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see783

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see526

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see315

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see294

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see286

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see269

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see259

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see248

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see247

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see245

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see242

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see235

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see231

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see228

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see225

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see203

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see201

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see190

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see184

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri