Icma.az
close
up
RU
Bu reklamçılar 6 min manat CƏRİMƏ OLUNA BİLƏR

Bu reklamçılar 6 min manat CƏRİMƏ OLUNA BİLƏR

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

İllər əvvəl reklam olunan məhsullara qarşı insanlarda şübhə yaranardı, hətta “yaxşı məhsulun reklama ehtiyacı olmaz”, kimi deyim xalq arasında dolaşardı. Amma dövrümüzdə şərtlər dəyişib, indi hər kəs məhz reklam olunan məhsulları əldə etməyə çalışır. İnsanlar məhsul və xidmətlər barədə məlumatı əsasən reklam vasitəsilə əldə edir və çox zaman seçimlərini bu məlumatlara əsasən edirlər.
Lakin bəzi hallarda reklamlarda verilən məlumatlar həqiqəti tam əks etdirmir, şişirdilmiş və ya aldadıcı formada təqdim olunur. Bu isə təkcə yanıltmaqla bitmir, vətəndaşın  maddi zərər görməsinə də səbəb olur.
Bəs bu istiqamətdə qanun nə deyir? Azərbaycanda şişirdilmiş, aldadıcı reklamlara qarşı cərimələr varmı?
Hüquqşünas Ayan Mirəliyeva Bizim.Media-nın sualını belə cavablandırdı ki, bu məsələləri reklam haqqında Azərbaycan Respublikasının Qanunu və İnzibati Xətalar Məcəlləsi tənzimləyir.
“Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə əsasən reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalıdır.
Qeyd olunan tələblərə uyğun gəlməyən, verilən vəd ilə reallığın üst-üstə düşməməsi, o cümlədən əskik məlumatları əks etdirməsi, hətta rəqibi pisləyən reklamlar aldadıcı reklamlardır.
“Əgər reklamda məhsulun xüsusiyyətləri şişirdilib və alıcını yanlış yönləndirirsə, bu artıq hüquqi məsuliyyət yaradır. Lakin hər şişirtmə də aldadıcı sayıla bilməz. Nisbətən mübaliğəli reklamlar aldatma sayılmır. Məsələn, reklamda “Azərbaycanda ən rahat məkan bizdədir”, deyilirsə, hər nə qədər mübaliğəli olsa da aldatma sayılmır, bu öz məhsulunu qabartmaq deməkdir. Amma deyilsə ki, “bu qida əlavəsi allergiyanı 100 faiz sağaldacaq” bu artıq aldatmadır. Əvvəla reklam edən tərəf istehlakçının hansı səbəbdən bu xəstəliyə düçar olmasını bilmir, əlində analizi yoxdur. Üstəlik xroniki xəstəliklər 100 faizlik sağalmır, o zaman reklamçı alıcının bilgisizliyindən yararlanmış, malını sırımış olur”.
Hüquqşünas diqqətə çatdırdı ki, aldadıcı reklama görə, fiziki şəxslər 200-500 manat, vəzifəli şəxslər 800-1200 manat, hüquqi şəxslər isə 4000-6000 manat məbləğində cərimələnə bilərlər.
Şəfiqə Şəfa, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 Aprel 2026 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see365

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see328

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see320

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see315

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see313

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see309

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see301

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see294

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see291

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see266

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see262

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see254

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see252

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see245

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see245

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see241

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see227

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see208

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see202

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri