Icma.az
close
up
RU
Bu saatlarda yatmaq beyni cavanlaşdırır Alimlərdən maraqlı araşdırma

Bu saatlarda yatmaq beyni cavanlaşdırır Alimlərdən maraqlı araşdırma

News24 saytına istinadən Icma.az xəbər verir.

Yuxu həm fiziki, həm də zehni sağlamlığımız üçün əvəzolunmazdır. Gündəlik olaraq kifayət qədər və keyfiyyətli yuxu almayan insanlar gün ərzində yorğun və halsız hiss edirlər. Bu səbəbdən bir çox insan günorta saatlarında qısa yuxu – “nap” almağa üstünlük verir.

News24.az bildirir ki, İngiltərədə aparılan son elmi araşdırmalar isə günorta saatlarında müəyyən müddət yatmağın beyin sağlamlığına müsbət təsir etdiyini və beyni cavanlaşdırdığını ortaya qoyub.

2023-cü ildə 40-69 yaş arası 378.000 nəfər üzərində aparılan araşdırma göstərdi ki, müntəzəm günorta yuxusu alan insanların beyin həcmi daha böyük olur. Bu isə beyin sağlamlığı və funksionallığı ilə birbaşa əlaqəlidir.

Tədqiqatın müəllifi Valentina Paz bildirib ki, günorta yuxusu alanların beyin həcmi orta hesabla 15,8 sm³ olub. Bu, beyin yaşını 6,5 il gəncləşdirə bilər.

Mütəxəssislərə görə, günorta yuxusu üçün ən ideal zaman aralığı saat 1-dən 4-ə kimidir. Lakin yuxu müddəti də çox önəmlidir.

10-15 dəqiqəlik yuxu zehni performansı artırır.

Daha uzun yuxular isə əks effekt verərək, halsızlıq və gecə yuxusunda pozuntu yarada bilər.

BBC-nin yaydığı məlumata əsasən, 15 dəqiqəlik qısa yuxu insanın diqqətini və zehni enerjisini 3 saata qədər artırır.

Digər bir araşdırmada isə 65 yaş və üzəri şəxslərdə 30-90 dəqiqəlik yuxunun yaddaş və digər koqnitiv bacarıqları gücləndirdiyi məlum olub.

Bəzi alimlər bildirir ki, bu tədqiqat yalnız gündüz yuxusu ilə beyin ölçüsü arasında əlaqə olduğunu göstərir, lakin daha böyük beyinlərin birbaşa yuxunun nəticəsi olub-olmadığı tam məlum deyil. Genetik meyillilik də nəzərə alınmalıdır.

Hazırkı nəticələrə əsasən, qısa və vaxtında alınan günorta yuxuları beyin sağlamlığını qorumağa və zehni cavanlaşdırmağa kömək edə bilər. Lakin alimlər əlavə tədqiqatların aparılmasının vacibliyini də vurğulayırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://news24.az
archiveBu xəbər 07 İyul 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see599

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see312

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see301

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see294

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see291

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see289

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see279

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see261

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see256

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see248

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see245

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see236

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see231

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see231

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see226

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see225

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see225

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see223

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri