Icma.az
close
up
RU
Bu şagirdlər imtahanı yeni formatda verəcəklər

Bu şagirdlər imtahanı yeni formatda verəcəklər

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hər il kurikulumun hansı meyarlarından istifadə olunacağına, hansılarının tətbiq edilməyəcəyinə dair Elm və Təhsil Nazirliyi ilə daimi müzakirələr aparılır. Çünki biz, xüsusilə buraxılış imtahanlarının nəticələrini hər zaman təhlil edirik və həmin nəticələr əsasında növbəti ilin qəbul proqramını formalaşdırırıq. Qəbul proqramı isə əvvəlcədən elan olunur.

Axar.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, qəbul proqramı orta məktəb proqramına əsaslanır: "Qəbul proqramında orta məktəbdə tədris olunan mövzuların sayı azala bilər, amma çox ola bilməz. Yalnız bir dəfə qəbul proqramında dəyişiklik olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Qələbə qazandıq və bununla əlaqədar həmin faktlar tarix fənninə əlavə edildi. Hesab edirəm ki, heç kim buna etiraz edə bilməz. Çünki tarix dəyişdi və bu hadisəni hamımız birlikdə yaşadıq".

DİM sədri qeyd edib ki, dərsliklərin məzmununun yenilənməsi, yeni kurikulumun yazılması və meyarların müəyyənləşdirilməsi daimi gedən prosesdir: "Biz bu prosesi diqqətlə izləyirik. İmtahana hansı mövzuların daxil ediləcəyini Elm və Təhsil Nazirliyi ilə müzakirə edirik və bu, birgə qərar əsasında müəyyən olunur".

Məleykə Abbaszadə ingilis dili fənninin buraxılış imtahanlarında tətbiqinə də toxunub:

"İngilis dili üzrə buraxılış imtahanı bütün şagirdlər üçün keçirilir. Bir il əvvəl IX siniflər üçün yeni imtahan modelini tətbiq etdik. Bu model üzrə IX sinfi bitirən şagirdlər XI sinifdə də buraxılış imtahanını yeni formatda verəcəklər. Hazırda həmin şagirdlər X sinifdə oxuyurlar və 2027-ci ildə esse yazmaq üçün yeni modelə uyğun şəkildə hazırlaşırlar".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://axar.az
archiveBu xəbər 11 Fevral 2026 21:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri