Icma.az
close
up
RU
Bu sahədə istehsal azalıb Səbəb nədir?

Bu sahədə istehsal azalıb Səbəb nədir?

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

“Nəzərə alsaq ki, dövlətin milli prioritetlərindən biri qeyri-neft sektorunun sürətli inkişafını təmin etməkdir, bu halda ərzaq məhsullarında 74 faiz idxaldan asılılıq faciədir. 

BMT-nin ərzaq təhlükəsizliyi dinamikasına diqqət yetirsək, son 15 ildə ərzaq məhsullarının qiyməti bahalaşıb. Bu o deməkdir ki, biz inflyasiyanı idxal edirik”.

Bu sözləri iqtisadçı Fuad İbrahimov deyib. 

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov isə bildirib  ki, ərzaq məhsullarında idxaldan kəskin asılılığın müxtəlif səbəbləri var:

“Bu ilin yanvar-avqust aylarının yekununda Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının dəyərinin ötən ilin eyni dövrü ilə müqayisədə az olması iqlim dəyişiklikləri ilə bağlıdır.

Bizim son bir neçə ildə apardığımız siyasət daha çox dəyər yaradan meyvəçiliyə fokuslanıb və bu il meyvə ixracı 40 %-dən çox artıb. Yəni aqrar sektorda azalma zamanla düzələcək, sadəcə periodik keçidə ehtiyac var". 

Nazir əlavə edib ki, buğda istehsalında məhsuldarlıq ciddi şəkildə artıb:

"Biz bunu rəqəmlərdə görürük".

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında 9 milyard 424 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 % azdır.

Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 2,5 % azalaraq 4 milyard 776 milyon manata düşüb.Maraqlıdır, doğurdanmı bu gün ölkədə kənd təərrüfatı məhsullarının istehsalının azalması yalnız iqlim dəyişiklikləri ilə bağlıdır?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, son iki ildə doğurdan da Azərbaycanda iqlim şəraiti kənd təsərrüfatı üçün əlverişsiz olub:

“Yəni ötən ildə olduğu kimi, bu ildə də vəziyyət o qədər ürəkaçan olmayıb. Yazda yağışlar yağdı, dolu düşdü və bu fakt var. Kənd təsərrüfatı məhsulları ilə bağlı idxaldan asılı olmağımız, ölkənin daxili tələbatının 74 faiz asılı olmağını yalnız iqlim şəraiti ilə bağlaya bilmərik. 

Azərbaycanda kənd təsərrüfatı sahəsində vəziyyət çox gərgindir. Bir tərəfdən ölkə daxilində suvarma sistemi tələblərə cavab vermir. Digər tərəfədən torpaqların ildən-ilə şoranlaşması və səhralaşması prosesi gedir.

Hər il məhsuldarlıq aşağı düşür. Bu istiqamətdə səmərəsiz idarəetmə müşahidə edilir. Bütün bunlar yerli kənd təsərrüfatı məhsullarının inkişaf etməsinə və məhsuldarlığın genişlənməsinə mənfi təsir göstərir.

Eyni zamanda, Azərbaycan hökuməti kənd təsərrüfatına subsidiyalar verir. Bu subsidiyaların verilmə qaydası səmərəsizdir və məbləği çox aşağıdır. Eləcə də, fermerlərin kreditlərə çıxış imkanları zəifdir.

Həmçinin, fermerlərin bazara çıxışı, məhsulların realizasiyası, məhsulların anbarlaşdırılması, saxlanması, müasir suvarma sisteminin olmaması ölkədə kənd təsərrüfatı məhsullarının istehsalının həcminin azalmasınaa vəsilə olan amillərdəndir.

Doğrudur, son iki ildə iqlim şəraitinin təsiri qaçılmazdır. Ancaq bu bir amildir. Ölkədə isə 20 ilə yaxındır ki, kənd təsərrüfatı tənəzzül yaşayır”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: istehsal Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Sentyabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri