Icma.az
close
up
RU
“Bu sahədə yaxşılaşdırmalı olduğumuz məsələlər var” Həsənzadə

“Bu sahədə yaxşılaşdırmalı olduğumuz məsələlər var” Həsənzadə

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan futbolunun problemlərindən biri uşaq futboludur. Uzun illərdir ki, bu haqda danışılsa da, hələ ciddi nəticə əldə edilməyib. Problemlər, çatışmazlıqlar davam etməkdədir.

Uşaq Liqalarında mövcud durumla bağlı AFFA-nın texniki direktoru Cahangir Həsənzadə ilə söhbətləşdik. Funksioner yarışlardakı mövcud durumla bağlı fikirlərini bölüşdü:

“Uşaq Liqalarında 8-19 yaş arası bütün komandalar üçün yarışlar təşkil edilir. Bu, müsbət haldır. Çünki uşaqlar istənilən yaşda futbol ailəmizə qoşula bilir. Sözsüz ki, bu sahədə yaxşılaşdırmalı olduğumuz məsələlər var. Birincisi infrastruktur sıxıntımız var. Meydançaların əksəriyyəti sünidir, keyfiyyət ürəkaçan deyil. Bu, uşaqların hazırlıq səviyyəsində, rəqabətədavamlılığında özünü göstərir”.

Çatışmazlıqları qeyd edən Həsənzadə futbol və təhsil vəhdətindən söz açdı. O, uşaqların təhsildən kənar qalmaması üçün yarışları buna uyğun təşkil etdiklərini qeyd etdi:

“Digər məsələ təhsil və futbolun bir araya gəlməsidir. Çünki bu, həm klublarda məşq prosesində, həm də oyunların təşkilində, yarışların keçirilməsində özünü göstərir. Yarışları həftəsonu keçirməyə məcburuq ki, təhsilə minimum zərərli olsun. Uşaqlar dərslərdən normal iştirak etsin. Bu da öz növbəsində oyun sıxıntısına, keyfiyyətli olmayan meydanlarda yarışların olmasına səbəb olur. Regionlara səfərlər olduqda komandalara manelər törənir. Bu səpkidə sıxıntılar var, ancaq çalışırıq, onları da tənzimləyək”.

AFFA rəsmisi uşaq liqalarındakı müsbət hallara toxundu:

“Mənfi tərəflərdən danışanda müsbətdən də söz açmaq lazımdır. Fəlsəfi olaraq istəyirik ki, klublar, məşqçilər daha çox fərdi futbolçuların inkişafına nail olsun. Bu səpkidə 12 yaşaqədər yarışlarda cədvəlləri ləğv etməklə düşünürük ki, komandalar və məşqçilərin düşüncə tərzini nisbətən dəyişmiş olacağıq. Yəni, bütün uşaqlar oynasın, hamıya şans verilsin. Məşqçidə nəticə basqısı olmasın, uşaqlar futboldan həzz ala bilsinlər. Bu da öz növbəsində daha keyfiyyətli, bacarıqlı uşaqların yetişməsinə təkan verəcək”.

Uşaq liqalarında işləyən məşqçilərlə danışan zaman ortaya çıxan bir nüans isə aşağı yaşlarda oyunların 11-11-ə keçirilməməsidir. Hazırda komandalar 9-9 oynayır. Bəzi mütəxəssislər Avropa modelinə (yəni 11-11-ə) keçməyin tərəfdarıdır. Həsəndzadə məsələyə münasibət bildirdi:

“Zənnimcə, kifayət qədər oyunlar keçirilir. Avropa təcrübəsinə baxmışıq, oyun formatlarımız kəskin şəkildə fərqlənmir. Ola bilər, meydança ölçüləri, oyunçu sayı bir nəfər dəyişə bilər. Amma 11-11-ə oyunu erkən yaşda başlatmaq uşaqların inkişafına yaxşı mənada çox təsir etməyəcək. Çünki futbolçuların topla təması daha erkən yaşda nə qədər çox olsa, o qədər yaxşı olar. Üstəlik klubların özlərində 11-11-ə məşq etmək üçün meydança sayı azdır. Balaca meydançada məşq edib, böyük meydançada oynamaq uyğunsuzluq yaradar. Bunlar hamısı bir-birinə sıx bağlıdır”.

Texniki direktor uşaqların inkişafı üçün müəyyən dəyişikliklərin də müzakirə olduğunu əlavə etdi:

“Sözsüz ki, liqalarda müxtəlif dəyişikliklər olur. Məsələn, qaydalar – qapıçı xəttində 9-9 oynayanda mərkəzi keçməmək, üç toxunuşdan sonra qolun olması və s. bunlar uşaqların inkişafı üçün hesablanıb. Eyni zamanda xalların hesablanmaması da bu istiqamətdə atılıb. Müzakirələr gedir, dəyişikliklər sırf uşaqların inkişafı naminə nəzərdə tutulur”.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 27 Aprel 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri