Icma.az
close
up
RU
Murad Köhnəqaladan İnam Kərimova açıq məktub

Murad Köhnəqaladan İnam Kərimova açıq məktub

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yazıçı-publisist Murad Köhnəqala Ali Məhkəməni və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova açıq məktub yazıb. 

Qaynarinfo xəbər verir ki, o, məktubda keçmiş həyat yoldaşının dələduzluqla üzləşdiyi, lakin Azərbaycan məhkəmələrinin bu işə dırnaqrası yanaşdığından bəhs edib. Məktubu təqdim edirik:

"Keçmiş həyat yoldaşım Zərəngiz Qasımovanın Abşeron rayonu, Məmmədli qəsəbəsində 0.03 ha çıxarışlı torpaq sahəsi olub. Torpaqla qonşu olan Hümmətov İlkin Eldar oğlu Z. Qasımovaya və oğluma dəfələrlə zəng edərək həmin torpağı almaq istədiyini bildirirdi. Lakin dəyərindən ucuz qiymət təklif etdiyi üçün hər dəfə imtina cavabı alırdı. Bir müddət sonra İlkin Hümmətov oğluma zəng edərək torpağı evlə dəyişməyi təklif edib. 

Z.Qasımova oğlumla birgə özünü İlkin Hümmətovun dostu kimi təqdim edən və torpağı öz həyət evi ilə dəyişmək istəyən Dövlətov Cavanşir Duvangir oğlunun təklifi ilə  onun Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsində tikilmiş həyət evinə baxmağa gediblər. Oğlumgil evi bəyənib, öz torpaq sahələri ilə dəyişməyə razılaşıblar. İlkin Hümmətov alqı-satqı üçün hər iki tərəfi doğma əmisi Ramiz Hümmətovun notarius rəisi işlədiyi Binədə yerləşən 31 saylı Notariat Kontoruna gətirib. Dəyişdirmə prosesində Cavanşir Dövlətov şəxsən özü yox, onun səlahiyyətli nümayəndəsi İbrahimov Teymur iştirak edib. Cavanşir öncədən Zərəngiz Qasımovaya Məmmədli qəsəbəsindəki ona məxsus 3 sot torpağı özünün yox, İlkin Hümmətovun həyat yoldaşı Hümmətova Gülüstan Bəşir qızının adına keçirməyi təklif edib. Cavanşir buna səbəb kimi İlkinə pul borcu olduğunu göstərib. İlkin də bunu təsdiq edib. Alqı-satqı prosesindən dəqiq anlayışı olmayan Z. Qasımova heç nədən şübhələnməyərək onların dedikləri ilə razılaşıb. 

31 saylı Noitariat Kontorunun rəisi, İlkinin əmisi Ramiz Hümmətov Z. Qasımovadan simvolik alqı-satqı prosesində iştirak etməyi xahiş edib. Belə ki, Ramiz Hümmətov Zərəngiz Qasımovaya 6 min manat verərək, pulu kamera altında saymağı təklif edib. Zərəngiz Qasımova heç nədən şübhələnməyərək həmin məbləği sayıb və çəkiliş bitdikdən sonra Ramiz Hümmətov pulu ondan geri alıb. 

Beləliklə, əvvəlcədən düşünülmüş "ssenari” baş tutub. 27.09.2022-ci il tarixdə Qasımova Zərəngiz ona məxsus torpağı guya, Gülüstan Hümmətovaya 6 min manata "satıb”. Əvəzində isə Cavanşir Dövlətovun Biləcəri qəsəbəsində ona göstərdiyi mənzili "alıb”. Az müddətdən sonra məlum olur ki, 31 saylı Notariat Kontorunun rəisi Ramiz Hümmətovun təsdiq edib möhür vurduğu alqı-satqı müqaviləsindəki Dövlətov Cavanşirə məxsus göstərilən ev tamamilə başqa şəxsə məxsusdur. Beləliklə, Notariat kontorunun rəisi Ramiz Hümmətov, onun qardaşı oğlu İlkin Hümmətov və fırıldaqçı Cavanşir Dövlətov əlbir olub keçmiş həyat yoldaşım Zərəngiz Qasımovanın 3 sot torpağını dələduzluq yolu ilə əlindən alırlar. 

Bundan əlavə, Zərəngiz Qasımova dəfələrlə evin təmiri üçün bank hesabı vasitəsilə Cavanşir Dövlətovun həyat yoldaşının adına pul vəsaitləri göndərib. Göndəriş çekləri zərərçəkəndədir.  

Zərəngiz Qasımova aldadıldığını başa düşəndə polisə müraciət edib. Araşdırma zamanı məlum olub ki, o, Cavanşir Dövlətovun yeganə qurbanı deyil. Belə ki, Cavanşir dələduzluq və fırıldaq yolu ilə bir neçə vətəndaşı  aldadaraq pulunu və əmlakını mənimsəyib. "Cavanşir Dövlətov işi” ilə bağlı Abşeron Rayon məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə 15.04.2025 və 30.04.2025-ci il tarixlərdə iki məhkəmə prosesi keçirilib. Lakin təqsirləndirilən şəxs məhkəmə iclaslarının heç birində iştirak etmədiyindən məhkəmə Cavanşir Dövlətov barəsində axtarış elan edib. Polis idarəsindən Z. Qasımovaya bildirilib ki, Cavanşir Dövlətov bəzi  zərərçəkənlərə vurduğu ziyanı ödəyib. Lakin Zərəngiz Qasımovaya bu günədək heç bir məbləğ ödənilməyib, üstəlik, yeganə əmlakı olan 3 sot torpağı da əlindən alınıb və geri qaytarılmır. 

Hörmətli İnam müəllim! 

Doğrudanmı, Azərbaycan məhkəməsinin indiyədək Cavanşir Dövlətov kimi bir fırıldaqçını həbs etməyə, onunla əlbir olan İlkin Hümmətovu və bilərəkdən saxta sənədlərlə "alqı-satqı” rəsmiləşdirən Notarius rəhbəri Ramiz Hümmətovu ədalət kürsüsündə sorğu-sual etməyə gücü çatmır?  

Sizdən bu ədalətsizliyə son qoyulmasını, övladlarıma məxsus 3 sot torpağın geri qaytarılmasına köməklik göstərməyinizi xahiş edirəm”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 Oktyabr 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri