Icma.az
close
up
RU
Bu sahəyə nəzarət gücləndiriləcək SƏRƏNCAM

Bu sahəyə nəzarət gücləndiriləcək SƏRƏNCAM

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Qida məhsullarının qanunsuz küçə ticarətinə nəzarət gücləndiriləcək.

“Yeni Sabah” xəbər verir ki, bu, Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramında öz əksini tapıb.

Sərəncama əsasən, qida məhsullarının qanunsuz küçə ticarətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərinin gücləndirilməsi nəzərdə tutulub. Proqramda bu istiqamət qida təhlükəsizliyinə nəzarət sisteminin təkmilləşdirilməsi çərçivəsində prioritet tədbirlərdən biri kimi müəyyən edilib. pizza mizza

Sənəddə qeyd olunur ki, qida təhlükəsizliyi insanların sağlamlığına və iqtisadi inkişafa birbaşa təsir göstərən strateji sahədir. Yeni qida texnologiyalarının inkişafı, beynəlxalq ticarət əlaqələrinin genişlənməsi və iqlim dəyişikliyi kimi amillər bu sahədə nəzarət mexanizmlərinin daha da gücləndirilməsini zəruri edir. Dövlət Proqramına əsasən, qida müəssisələrində təhlükəsizlik standartlarının tətbiqinin genişləndirilməsi ilə yanaşı, qanunsuz küçə ticarətinə qarşı mübarizə tədbirləri də artırılacaq.

Proqramda vurğulanır ki, qarşıdakı illərdə qida məhsullarının qanunsuz küçə satışının qarşısının alınması istiqamətində nəzarət gücləndiriləcək. Bununla yanaşı, ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan qida məhsullarının bazara çıxarılması mexanizminin formalaşdırılması da planlaşdırılır. Məqsəd istehlakçılara təqdim olunan məhsulların təhlükəsizlik tələblərinə uyğunluğunu təmin etmək, mənşəyi və saxlanma şəraiti məlum olmayan qidaların satışından yarana biləcək riskləri minimuma endirməkdir.

Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin qida təhlükəsizliyi sisteminin səmərəliliyinin artırılmasına, istehlakçıların sağlamlığının qorunmasına və qida bazarında şəffaflığın gücləndirilməsinə xidmət edəcəyi bildirilir.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 10 Sentyabr 2026 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see348

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see332

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see326

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see325

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see296

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see291

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see283

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see265

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see258

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see246

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see215

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see195

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see192

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see188

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri