Bu şəhadətnamə PULSUZ VERİLƏCƏK
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Baytarlıq şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu ləğv edilir.
Bakıvaxtı.az xəbər verir ki, bu, "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Hazırda Qanunun 18.66.1-ci maddəsinə əsasən, şəhadətnaməsinin verilməsinə görə 10 (on) manat məbləğində dövlət baytarlıq rüsumu müəyyən edilib. Hər dəfə ödənişli əsaslarla şahadətnamələrin alınması sahibkarlıq subyektləri üçün əlavə maliyyə yükü və digər xərclərə səbəb olur ki, bu hal da heyvan mənşəli məhsulların maya dəyərinə, habelə satış qiymətlərinə təsir göstərir.
Sözügedən qiymət artımının qarşısını almaq məqsədilə baytarlıq şəhadətnaməsinə görə təsbit olunan dövlət rüsumunun ləğv edilməsi məqsədəuyğun hesab olunur.
Baxış sayı:96
Bu xəbər 05 Noyabr 2026 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















